Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Pentaqon: "Mosulda hərbi əməliyyatlar..."

Pentaqon: "Mosulda hərbi əməliyyatlar..."

Mosulda gedən hərbi əməliyyatlar zamanı 11 dinc sakin həlak olub (13 Mart 2017 03:57)
İran hərbiçiləri ABŞ-ın kəşfiyyat gəmisini HÜCUM ETDİ (08 Mart 2017 13:08)
Mosulda İŞİD hərbi "polis"inin rəhbəri zərərsizləşdirilib (16 Fevral 2017 03:37)

Tarix: 17 Oktyabr 2016 23:52

Hazırda İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
 
"Başlanan əməliyyat irimiqyaslı olacaq. Hələ ki əməliyyat plan üzrə gedir. Orada olan azsaylı  ABŞ hərbçiləri məsləhətçi qismində çıxış edir. Biz onların məruz qaldığı riskləri minimuma endirmək üçün çalışırıq", deyə P.Kuk bildirib.
 
O, həmçinin Mosulun böyük şəhər olduğunu və hərbi əməliyyatların uzun müddət davam edəcəyini vurğulayıb.
 
Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Milli.Az


Teqlər:  Pentaqon Mosulda hərbi əməliyyatlar



RƏYLƏR


Top xəbərlər