"Onlar böyük səhv edirlər"

"Onlar böyük səhv edirlər"
23:57 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ülvi Həsənli: "Məşhurlaşdıqdan sonra dostlarımın sayı və xanımların mənə diqqəti çoxaldı"

Milli.Az aktyor Ülvi Həsənlinin kaspi.az-a müsahibəsini təqdim edir.

Bugünkü müsahibimiz gənc aktyor Ülvi Həsənlidir. Ülvi 1992-ci ildə Mərdəkanda anadan olub. İbtidai təhsilini Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəbə alıb. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" ixtisasını bitirib. Bu günə qədər 8 serialda rol alıb. Bundan əlavə, "Vəkil hanı?", "Şər qarşanda", "Nazlı" kimi filmlərə çəkilib. Teatr səhnəsində isə bir-birindən maraqlı obrazları ilə özünəməxsus ifa tərzinə malikdir.
 
- Ülvi bəy, istərdik, ilk olaraq incəsənətə sevginizdən danışasınız.

- İncəsənətə olan marağım uşaqlıqdan yaranıb. Hətta xatırlayıram ki, bağçada mənə artist deyirdilər (gülür). 6-cı sinifdə oxuyarkən yığma komandadan ibarət KVN-də iştirak etmişəm. Daha sonra məktəb illərində "Vəkil hanı?" filmində çəkilmişəm. 9-cu sinifdə xalq teatrları arasında keçirilən festivalda "İlin ən yaxşı kişi aktyoru" adına layiq görülmüşəm. Növbəti il həmin festivalda 3-cü yerin laureatı olmuşam. Evimizdə aktyor və rejissor olmayıb. Atam əvvəllər musiqi ilə məşğul olub. Uzaq qohumlarımız var ki, onlar bu sənətdə çalışıblar və çalışmaqda da davam edirlər. Onlardan əməkdar incəsənət xadimi, mərhum rejissorumuz Rəhman Əlizadə və əməkdar artistimiz Ayşad Məmmədovu misal gətirə bilərəm. 
 
- Bəs, uğurlarınız nə zamandan başladı?

- İlk uğurum xalq teatrları festivalından başladı. Bu uğur mənə aktyor olmağım üçün çox stimul verdi. 
 
- Əvvəllər sizi Bakı Estrada Teatrının səhnəsində görürdük, indi isə Akademik Milli Dram Teatrında. O gündən bu günə nələr dəyişib?

- Çox şey. Estrada teatrında həm rejissor, həm də aktyor kimi işlərim olub. Hətta orda elə olurdu ki, rəqsləri də qururdum. İndi isə Akademik Milli Dram Teatrında çalışıram və halımdan da məmnunam. 
 
- Ana teatrda artıq 3 ildir ki, fəaliyyət göstərirsiniz. Ancaq nədənsə sizi teatrın ştat işçisi kimi görmürük. Bu nədən qaynaqlanır?

- Əslində ötən ilin yanvar ayında mən ştata götürülməli idim. Ancaq Azdramada rəhbərlik dəyişildikdən sonra bizim işimiz bir qədər yubandı. Teatrımızın baş rejissoru, xalq artisti Azərpaşa müəllim məni yeni mövsümdə səhnədə görmək istəyərsə, layiq görərsə, yəqin ki, ştata keçərəm. 
 
- Bu 3 ildə teatrda nə qədər obraz canlandırmısınız?

- Ana teatrın səhnəsində ilk rolum əməkdar artist Nicat Kazımovun hazırladığı "Kölgə" tamaşasında maliyyə nazirinin köməkçisi obrazı olub. Kiçik rol olmasına baxmayaraq, böyük səhnə plastikası var idi. İlk böyük rolum isə Ramiz Novruzun quruluşunda hazırlanan "Silindr" tamaşasında Antoni obrazı oldu. Daha sonra başqa amplualarda obrazlarla çıxışlar etdim. Onlardan "Əmir Teymur", "Nadir Şah"da Nadir şahın kiçik oğlunu oynayıram. "Nağıllar aləmində" tamaşasında üç obrazım var.
 
- Xarici görkəmcə yerli aktyorlardan seçilirsiniz. Bu sizə obrazların daha çox verilməsində əlavə imkan yaradırmı?

- Allah məni belə yaradıb. Əgər düşdüyüm mühitdə fərqlənirəmsə, bu özü bir nemətdir. Əslində bu imicimdən özüm də xəbərsiz idim. İkinci kursda oxuyanda saçlarımı uzatdım və fərqli göründüyümün fərqinə vardım. Əvvəllər saçlarımı çox qısa kəsdirirdim deyə, bu o qədər də hiss olunmurdu. Saçlarım rejissorların da diqqətinə səbəb olur. Elə bir rejissor görməmişəm ki, saçlarım ona maraqlı gəlməsin (gülürük). Aktyorun fərqli görünüşü tamaşaçıya maraqlı gəlməsi baxımından böyük önəm kəsb edir. Fərqlənmək aktyor üçün maraqlıdır. Oxşar tipaj olanda, bir rola çox adam çəkmək olar. Ancaq fərqlənəndə, o rolda ancaq səni görürlər.

Dekabrda "Nazlı" adlı romantik komediya filmimiz təqdim olunacaq. Orada mənim imicimi elə dəyişiblər ki, hətta filmdə özüm özümü görəndə tanımadım.
 
- Sizi daha çox hansı ölkənin vətəndaşına bənzədirlər?

- Məni buruq saçımla yəhudilərə, ərəblərə, italyan, hətta fransıza bənzədənlər olub. Rejissorlar isə məni "Nazlı" filmində Braziliya aktyoruna bənzədir. 
 
- Hədəfləriniz nələrdir?

- Hər aktyorun hədəfi hansısa bir zirvəyə çatmaqdır. Hədəf o zirvənin mənə məxsus olmasıdır. İstəmirəm ki, təkcə Azərbaycanda tələbatlı aktyor olum. İstəyirəm ki, beynəlxalq səviyyəli aktyor olum. Azərbaycan aktyorlarının 90 faizində elə bir potensial var. Türkiyədə və digər ölkələrdə milyonlar qazanan aktyorların çoxu bizim etdiyimizin yarısını edə bilmir. Ancaq onlar haradadır, biz harada? Mən potensialıma da, istedadıma da inanıram. 
 
- Azərbaycan teatrına, eləcə də serial və kino aləminə gənc olaraq hansı yenilikləri gətirmək istəyirsiniz?

- Seriallarımızda və kinolarımızda danışığın qeyri-təbiiliyi məndə qıcıq oyadır. Hər yerdə deyirdim ki, elə bir iş qismət olsun ki, mən orada tamaşaçı ilə onun dilində danışmağı göstərə bilim. Şükür ki, ötən il ATV telekanalında yayımlanan və reytinqlərdə birinci olan "Dəfnə ağacı" serialında bu imkanı əldə etdim. Hər zaman təbii olmağa çalışmışam. Əgər aktyor təbii olarsa, onun yaşadığı vəziyyət də, oynadığı obrazda da hər şey təbii alınar. Hədəfim odur ki, o təbiiliyi çəkildiyim filmlərdə və seriallarda qoruyub, saxlaya bilim. Əgər hər hansı bir şey içimdən gəlmirsə, onu məcburən edəndə tamaşaçının gözündə zəif görünəcək. 
 
- Bəs, sizi yenidən aparıcı kimi efirdə görə biləcəyikmi?

- İnşallah, qismət olsa, görəcəksiniz. "Gəzməyə dəyər" verilişinin davamı olmalı idi. Sadəcə, maliyyə məsələlərində problem yaşadığımız üçün davam etdirə bilmədik. Dekabrda elə ATV telekanalında yeni bir layihə nəzərdə tutmuşuq, onunla bərabər, bir serialda rol alacam.
 
- Serialın adını bilmək olarmı?

- Həmin serial hazırda ATV kanalında yayımlanır. Mən seriala 8-ci seriyadan gələcəm. Serial "Sən olmasaydın" adlanır. Həftə içi 4 gün saat 19:00-da yayımlanır.
 
- Canlandıracağınız obraz necə bir obrazdır?

- Bu obrazım xaricdən gəlmiş əslən azərbaycanlı oğlandır. O, gitara ifaçısıdır. Komplekssiz, mehriban, Avropa təbiətində böyüyən bir insandır. O, Anar Heybətovun canlandırdığı Fuadın obrazının qızına vurulur. Əslində, özü də bilmədən bir oyunun qurbanına çevrilir. Serial haqqında geniş danışmaq istəmirəm. Bunu siz izləyəndən sonra görəcəksiniz.
 
- Məşhurluq elə bir şeydir ki, onu daddıqdan sonra çevrədəki insanların iç üzünü görməyə başlayırsan. Bəs sizdə necə, tanınandan sonra dostlarınızın sayı artdımı?

- (gülür) Dostlarımın sayı inanılmaz dərəcədə artdı. Ancaq əksər dostlarımın da yaxşı və pis cəhətlərini tanıdım. Elə dostlarım var idi ki, hamıdan çox onlara güvənirdim. Tanınandan sonra mənə qarşı sanki qıcıq oldular. Həmin dostlarım indi yanımda yoxdurlar, heç olmalarını da istəmirəm. Ancaq əvəzində gözləmədiyim insanlar mənə dayaq durdu. Həyatda cəmi 2-3 dənə yaxın dostum var. İstəyərəm ki, onlarla dostluğum axıracan getsin. İndi həyatda və sənətdə mənə yaxın, uğuruma ürəkdən sevinən tanınmış aktyorumuz Anar Heybətovla dostluğumu davam etdirirəm. O mənə dostdan artıqdır. Əsil dost hesab etdiyim insanlardan görmədiyim yaxşılıqları o insandan görmüşəm.
 
- Həm teatr, həm də kino aləmində çalışan bir gənc kimi hansı səhnə sizə daha yaxındır?

- Mənim üçün teatrın yerini heç nə verə bilməz. Nə bir xanım, nə də tamaşaçı sevgisi. Bəlkə də mənim üçün teatr aldığım nəfəsdən də dəyərlidir.
 
- Bəs hansı sizə daha doğmadır?

- Gözümü açandan özümü teatr səhnəsində görmüşəm. Hər ikisinin öz çətinliyi var. Teatrda bir saatlıq tamaşaya sərf etdiyim enerjini kadrlarda edə bilmərəm. Hərəsinin ayrı-ayrılıqda öz məsuliyyəti var. Mənim üçün ən önəmlisi teatrdır. Teatr bizim üçün məşqdir, kino isə rinq. Biz məşqdə öyrəndiklərimizi rinqdə xərcləyirik. 
 
- Bu gün danılmaz faktdır ki, teatra gələn gənclərin əksəriyyəti tez bir zamanda məşhurlaşmaq və kino aləmində tanınmaq istəyir.

- Aktyor var bu sənətə tanınmaq, aktyor da var ki, məşğul olmaq üçün gəlir. Serial ömürlük olmur. Gün gəlir, o da bitir və sən yenidən səhnəyə qayıdırsan. Düzdür, serial bizim üçün həm tanınmaq, həm də maliyyə cəhətdən önəmlidir. Bizim əsas problemimiz odur ki, rejissorlar aktyoru teatrlardan seçmirlər. Əksər rejissorlar heç teatra getməyiblər. Düzdür, mənim böyük rejissorlar haqqında belə söz deməyə haqqım yoxdur. Rejissor olmadan gəlib serial-film çəkənlərdən söhbət gedir. Bu gün gənclərimiz teatr səhnəsində çalışmaq üçün çox az maraq göstərirlər. Halbuki böyük səhv edirlər. Onlar tanınmaq istəyirlər, ancaq sonrasını fikirləşmirlər. Serial qurtarandan sonra sən yoxa çıxırsan, ancaq teatrda işlədikcə püxtələşirsən. Hər bir xarakteri ayrı-ayrılıqda oynaya bilərsən. Seriallara, filmlərə layiq olmayan insanları efirə çıxarıb tanıtmaq lazım deyil ki, onlar da kütlə qarşısında bu sənətin adını batırsınlar. Teatrda ki, sən elə çıxış etməlisən ki, ən sonuncu cərgədəki insan belə səsini eşitsin. Kamera insanın adi kipriyinin tərpənməyini də çəkir. Teatrda daha çox plastika tələb olunur. Kadrda isə onu yığmalısan. 
 
- Gənc olaraq Azərbaycan teatrlarında nəyi dəyişmək istəyərdiniz?

- Ən çox intellekti. İkinci isə aktyorlarımıza elə bir maaş verilsin ki, onlar başqa yerdə işləməsinlər. Onları hansısa bir seriala, filmə dəvət edəndə, ürəklərindən keçəninə getsinlər, istədikləri məbləği çəkinmədən desinlər. 
 
- Özəl həyatınızda vəziyyət necədir. Sevdiyiniz xanım varmı?

- Efirə çıxandan sonra xanımlar tərəfindən mənə diqqət daha da artdı. Hazırda karyera barədə düşünürəm. Ailə qurmağı hələ ki, planlaşdırmıram. Beş ildən sonra qədrimi bilən və sənətimi qəbul edən xanımla ailə quracağam. 
 
- Hansı tip xanımlar sizin zövqünüzdədir?

- Qızlarda gözəlliyə fikir vermirəm. Xanımda cəzbedicilik, şirinlik, danışıq tərzi, baxış mənim üçün daha önəmlidir. Əsas odur fərqli biri olsun. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Barselonada terror aktı törədən əsas şübhəli hələ də azadlıqdadır

21 Avqust 2017 19:35

Barselona terrorunun əsas şübhəlisi tutulub

21 Avqust 2017 19:33

Barselonanı qana bulayan əsas terrorçu həbs edildi

21 Avqust 2017 19:29

Şəkidə doğum evində yanğın olub

21 Avqust 2017 19:27

"Qəbələ" "Dinamo"nu yendi

21 Avqust 2017 19:27

“Qəbələ” “Dinamo”ya qalib gəldi

21 Avqust 2017 19:24

Binəqədidə it qorxusu: "Sürü ilə gəzirlər, gərək yenə kimsə ölsün?.."

21 Avqust 2017 19:18

İlham Əliyev yeni sərəncam imzaladı

21 Avqust 2017 19:16

Azərbaycan nümayəndələri Moskva milli mədəniyyət festivalında iştirak edəcək

21 Avqust 2017 19:12

"Qarabağ" bu axşam yola düşür

21 Avqust 2017 19:07

SSRİ deputat Rüstəm Xəlilovun atasına heykəl qoya bilərdimi? - FOTOLAR

21 Avqust 2017 19:03

Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21 Avqust 2017 19:02

Obameyanq məsələsi nöqtələndi - RƏSMİ

21 Avqust 2017 18:57

Pxenyan yeni silahını işə salır – BÖYÜK TƏHLÜKƏ

21 Avqust 2017 18:53

Göygölə 3 milyon manat vəsait ayrıldı

21 Avqust 2017 18:45

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib - FOTOLAR

21 Avqust 2017 18:43

Azərbaycanlı müğənnidən cəsarətli VİDEO

21 Avqust 2017 18:39

Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib

21 Avqust 2017 18:37

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri məktəblilərlə görüşüb

21 Avqust 2017 18:35

“Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq” - Prezident

21 Avqust 2017 18:34

"İçərişəhər" Qoruğunda YENİ TƏYİNAT

21 Avqust 2017 18:29

“Abşeron Gənclər Şəhərciyi” qazsız qalıb: "Bu qışı da donacağıq"

21 Avqust 2017 18:28

Çoxmənzilli binaların əsaslı təmirinə maliyyə vəsaiti ayrılıb

21 Avqust 2017 18:28

Terminator 300-ə çatdı

21 Avqust 2017 18:27

Durbin hazırlamaq üçün asan üsul

21 Avqust 2017 18:21

Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradıldı

21 Avqust 2017 18:19

Əsgər Ələkbərov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri təyin edildi

21 Avqust 2017 18:18

"Qarabağ"ın vitse-prezidenti türk mütəxəssislə görüşdü

21 Avqust 2017 18:17

Prezident Göygöl və Samux İcra hakimiyyətlərinə pul ayırdı

21 Avqust 2017 18:14

İmişlidə bir uşaq atası intihar edib

21 Avqust 2017 18:09

DİQQƏT: Metronun “Sahil” stansiyası bu gündən bağlandı

21 Avqust 2017 18:08

Britaniyanın azərbaycanlı jurnalisti: "Qarabağın qaytarılmasını istəyən çox sayda erməni var" - MÜSAHİBƏ

21 Avqust 2017 18:03

Göygöldə abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmirinə 1 milyon manat ayrılıb

21 Avqust 2017 18:02

Rövnəq Abdullayev: “SOCAR növbəti illərdə təbii qaz hasilatını artıracaq”

21 Avqust 2017 18:02

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 17:59

Samir Nəsri "Mançester Siti"dən "Antalyaspor"a keçib

21 Avqust 2017 17:57

FHN suda boğulan şəxsi xilas etdi

21 Avqust 2017 17:54

Röya Qazaxstanda belə çıxış etdi - FOTO/VİDEO

21 Avqust 2017 17:53

"Neftçi"dən antirekord

21 Avqust 2017 17:49

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

21 Avqust 2017 17:47

Türkiyə prezidenti Cövdət Sunayın Azərbyacan səfəri - NADİR GÖRÜNTÜLƏR - VİDEO

21 Avqust 2017 17:43

Universitetlərin boş qalan yerlərinə nəticələr bu gün açıqlanacaq

21 Avqust 2017 17:39

Dələduz müəlliməyə hökm oxundu

21 Avqust 2017 17:38

"Neftçi" Elşən Əhmədova tapşırıldı

21 Avqust 2017 17:38

Hansı əməliyyat sisteminin istifadəçiləri antivirus proqram təminatı quraşdırmır?

21 Avqust 2017 17:35

Azərbaycanın ən gözəl qızı gözəlliyi ilə heyran etdi...

21 Avqust 2017 17:32

Yəhudilərdə varislik niyə ana xətti ilə ötürülür? - Yəhudi olmayan ana uşağını...

21 Avqust 2017 17:28

Bakı-Astana reysini yerinə yetirən təyyarə geri dönməli olub

21 Avqust 2017 17:27

Bakıda dələduzluqda təqsirləndirilən müəllimə hökm oxunub

21 Avqust 2017 17:27

Ukrayna Futbol Federasiyası Pyerluici Kollina ilə əməkdaşlığa son verib

21 Avqust 2017 17:22