Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakını günahlardan təmizləyən “YAĞIŞ” haqqında romantik mahnılar - VİDEOLAR

Bakını günahlardan təmizləyən “YAĞIŞ” haqqında romantik mahnılar - VİDEOLAR

Date: 18 October 2016 01:03

Ayaqların altında xışıldayan alabəzək yarpaqlar, yağışların ara verməyən səsi bizi fikrə getməyə və isti yay günləri üçün kədərlənməyə vadar edir. Onda məhz mahnılar bizə küçədəki tıxacları, iflic olmuş yolları və digər problemləri bir anlıq da olsa unutdurub, dərin hisslərə və emosiyalara qapılmağa, real dünyadan ayrılıb romantik aləmə baş vurmağa imkan verir.

Bəli, payız özü ilə birlikdə çoxlu problemlər gətirir. Lakin payızın şairləri, yazıçıları, rəssamları, bəstəkarları və bütün yaradıcı inanları ilhamlandıran ən romantik fəsil olduğunu dana bilmərik. Sözsüz ki, bu amil, həzin payız ovqatı onların yaradıcığılında da öz əksini tapıb.

Publika.az bir neçə gündür paytaxtı əsir alan leysan yağışları nəzərə alaraq oxucular üçün yerli ifaçıları yağış və payız haqqında oxuduğu ən gözəl mahnıları təqdim edir.

Emin Sabitoğlu – “Payız gəldi”

Картинки по запросу emin sabitoglu

Payız gəldi, uçdu getdi quşlar

Sən getdin bax yağdı yağışlar...

Flora Kərimova – “Gün keçdi” filmindən

Картинки по запросу flora kərimova

Bir axşam taksidən düşüb payıza

Bilmədik haraya, hayana gedək

Bahar həsrətiylə payız axşamı

Yenə həzin-həzin titrədi ürək...

Rəşid Behbudov – “Payız”

Картинки по запросу rəşid behbudov

Sən gəldin payızım, o sarı yarpaqlar düşür, üşüyür

Gecələr kainat düşünür səhəri nə rəngə boyasın...

Zeynəb Xanlarova – “Yağış yağır, sevgilim”

Картинки по запросу zeyneb xanlarova

Yağış yağır, sevgilim,

Sular axır, sevgilim

Varmı bir xəbərin?

Aygün Kazımova – “Bir payız gecəsi”

Картинки по запросу aygün kazımova

Bu payız gecəsi yaman uzandı,

Yuxum tikan kimi batır gözümə

Bir fikir közərib - o fikri dandı

Bir gecəlik həsrət ömürmüş demə...

Aygün Kazımova – “Yağış”

Yağışın səsini eşidirsənmi?

O mənim səsimdir dinlə ürəkdən...

Brilliant Dadaşova – “Ayrılıq yağışı”

Картинки по запросу brilliant dadaşova

Yağır ayrılığın yağışı, qarı

O görüş, o həsrət isinəcəkmi?

Bir də aramızda bu havaları

İsidən məhəbbət isinəcəkmi?

Eyyub Yaqubov – “Yağış”

Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir

Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir

Yağış yağır, bu ki göyün sevgimizə heyrətidir

Bəlkə yağan yağış deyil könlümüzün həsrətidir,

Həsrətidir...

Sevda Ələkbərzadə - “Sev məni bu payız”

Картинки по запросу sevda ələkbərzadə

Sev məni bu payız, heç olmaya bir payız

Sev məni günahsız, sev məni yalansız...

Miri Yusif – “Soruş”

Картинки по запросу miri yusif

Sınır sevginin yüzdəyüz faizi səmada,

Yagış bildirir payızı son vida,

Külək daha çağırmır bizi,

Biz ki,yoxuq artıq əzizim...

Soruş ki, mən kiməm nəçiyəm soruş,

Soruş ki, niyə payızdan qorxuram,

Soruş niyə yaralar sağalmır,

Soruş ki, mən hardayam, ölmüşəm ya sağam.

Abbas Bağırov – “Yağış yağır”

Картинки по запросу abbas bagirov

Bu gün mən görüşə tələsirəm yağma yağış, yağma yağış

Yarım məni çoxdan gözləyir yağma yağış yağma yağış!

Tünzalə Ağayeva – “Yağış”

Deyəsən, hardasa yağışdır yağan

Doldu ürəyimə qərib bir səda

Mənə pəncərədən qorxusuz baxan

İlslandı bir parça gün işığı da.

Bu yağış səhəri gətirər görən

Yoxsa, ömür kimi gecə yarıdır

Vallah yağış deyil göydən tökülən

Məni sevənlərin göz yaşlarıdır

Zülfiyyə Xanbabayeva – “Yağış”

Danışdı yağış öz sirlərini mənə

Apardı yağış məni ağrımı özü ilə

Çatdırdı yağış sabaha məni əzizlədi

Qoy yağsın yağış sabah kimi yağsın...

Natavan Həbibi - “Damlalar”

Dam-dam damlalar axacaq gözlərimdən ürəyə

Dam-dam damlalar dolacaq gəzdiyimiz küçəyə

Dam-dam damlalar susacaq ehtiyac yox sözlərə

Dam-dam damlalar axacaq yağış yağır şəhərə...

Röya – “Narın yağış”

Картинки по запросу röya

Narın-narın yağan yağış yerə dikilmiş qəmli baxış

Narın-narın yağan yağış mənə deyir həyatınla barış!


Tags:  Bakını günahlardan təmizləyən YAĞIŞ haqqında romantik mahnılar VİDEOLAR

RƏYLƏR


Top news