FES-dən aşağı faizlərlə bağlı - Xəbərdarlıq

FES-dən aşağı faizlərlə bağlı - Xəbərdarlıq
04:13 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) sədrinin müavini Stenli Fişer aşağı olan faizlərlə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Fişer Nyu York İqtisadiyyat Klubunda çıxışı zamanı sələm faizlərinin uzun müddət aşağı olmasının mənfi təsirlərinin olacağını bildirib.

Sələm faizlərinin uzun müddət aşağı olmasının iqtisadiyyatın inkişafına olan gözləntiləri azaltdığını və aşağı faiz nisbətlərinin iqtisadiyyatı mənfi duruma qarşı müdafiəsiz buraxdığını qeyd edib.

Fişer iqtisadi resesyonla mübarizə aparmaq üçün FES-in gücünün məhdud olduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/172540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR