“Qanuni oğrular”ın futbol marağı – Lotu Bəxtiyar ABŞ-a niyə getmədi?

“Qanuni oğrular”ın futbol marağı – Lotu Bəxtiyar ABŞ-a niyə getmədi?
06:13 18 Oktyabr 2016
172 Ölkə
Ölkə mətbuatı
A- A+

“Qanuni oğrular”la bağlı bir neçə kitabın müəllifi Bəhram Çələbi oğru dünyasının futbola olan münasibətlərindən danışıb.


- “Qanuni oğru”ların futbola azarkeşliyindən danışardız. Kim hansı klubun fanatı olub?
- Mən Lotu Bəxtiyardan kitab yazanda orda göstərmişəm ki, o, 7-8 yaşından futbola gedərdi. Söhbət Banişevskinin dövründən gedir. Bilmirəm, 1964, ya 1965-ci il idi, Moskva "Torpedo"su Eduard Streltsovla birgə Bakıya gəlmişdi. Onda Streltsov həbsxanadan təzə çıxmışdı. Onda mənim də yadıma gəlir ki, Bakının ünlü "Sovetski" məhləsindən xeyli insan tramvaylara doluşub Streltsovun oyunu izləməyə getmişdi. Həmin oyunda "Neftçi" 3:0 hesabıyla qalib gəldi. Həmin oyunu Bəxtiyar da izləmişdi. Onlar həmişə stadionun ətrafındakı dəmir hasarları aşıb içəri daxil olardılar. Ümimiyyətlə, Bəxtiyar futbol sevən biri olub. Hətta o, 1994-cü ildə ABŞ-a gedib DÇ-ni izləmək fikrində idi. Amma vizası düzəlmədi. Həm də yaxın dostu rəhmətə getdiyindən okeanın o tayına yollana bilmədi. Hətta İvankovla da danışmışdı ki, ABŞ-da onunla bir futbola baxacaq. Daha sonra sizə "Doktor Ağoppa"dan da danışa bilərəm. O da "qanuni oğru" olub. Məndə onun Anatoli Banişevskiylə, Əhməd Ələsgərovla, Adil Babayevlə bir yerdə şəkilləri var. Rusiyanın "qanuni oğrular"ından Otari Kvantirişvili 1990-94-cü illər aralığında fəaliyyət göstərən Lev Yaşinin adını daşıyan Həmkərlar İttifaqı kimi bir qurum yaratmışdı. Özü də ona başçılıq edirdi. Üstəlik, Kvantrişvili Tiflis "Dinamo"suna himayədarlıq edirdi. Sonra "Tayvançik"dən də danışa bilərəm. O, Olimpiadada bizimkilərin medal qazanması üçün pul təklif etmişdi. Yəni istəyirdi ki, sovet idmançısını pul hesabına çempion etsin. Buna görə böyük qalmaqal yaşanmışdı.

- Streltsovun həbsxana həyatı haqda nə deyə bilərsiz? Orda onun çəkisi olub?
- Eduard SSRİ millisinin üzvü idi. Onu 1958-ci ildə DÇ-yə aparmadılar, Nikita Simonyanı saldılar heyətə. O vaxt onu 7 illik həbsxanaya saldılar. Yalandan onu zorlamada ittiham etdilər. SSRİ-nin partiya rəhbərlərindən olan Yekaterina Furtsova qızını ona calamaq istəyirdi, Streltsov isə bundan imtina etmişdi. Nəticədə Eduardı qızını zorlamaqda ittiham edib "içəri basdırmışdı". Streltsovun həbsxanada da böyük nüfuzu var idi. Eduard dünya şöhrətli futbolçu idi. Ona "sovet tankı" deyirdilər. Onu "qanuni oğrular" yox, hamı tanıyırdı.

- Bəs Azərbaycanda oynayan futbolçulardan kimlər həbsxanada yatıb?
- Mənim yadıma gəlir ki, "Neftçi"nin erməni futbolçusu Eduard Markarov alverə girişdiyinə görə 5-6 dəfə saxlanılıb. Bildiyiniz kimi, o vaxt alver qadağan olunmuşdu. Ancaq azərbaycanlı futbolçuların həbsxana həyatından xəbərim yoxdu. Hamı həbsxanada yata bilər. Mən ancaq "qanuni oğrular"dan danışa bilərəm. Məsələn 1-2 dəfə yeniyetmələr arasında güləş üzrə Azərbaycan və bir dəfə də Moskvada SSRİ çempionu olan Dağlı Cavanşirdən danışa bilərəm.

- Sabiq futbolçulardan biri həbsxanada cəzasını çəkərkən dustaqların oyununu hakim kimi idarə edirmiş və epizodların birində o, Bəxtiyara sarı vərəqə göstərib. Hamı çaş-baş qalıb. Bəxtiyarda deyib ki, "lotuya sarı vərəqə göstərməzlər". Bu haqda məlumatınız var?
- Sarı yox, qırmızı vərəqə. Lotuların qırmızı rəngdən zəhləsi gedir. "Qanuni oğru"ya sarı göstərərlər, qırmızı yox. Onlar hətta qırmızı rəng olduğuna görə "Marlbro" siqaretinin qutusunu tullayıb, onu ayrılıqda götürüb çəkirdilər. Həbsxanada qoluna qırmızı bağlayan nəzarətçilərə görə bu rəngi sevmirmişlər. Həm də ki, onlara pioner qalstuku düşmədiyinə görə, həmin qalstuka da nifrət edirdilər.

- Dəqiq məlumat olmasa da, camaat arasında belə söz-söhbət dolaşır ki, Rövşən Lənkəranskinin "Xəzər Lənkəran" klubu ilə isti münasibətləri var. Bu haqda nə deyərdiz?
- (gülür) Demək olar ki, Rövşən MDB məkanında "qanuni oğrular"ın başçısıdı. O hətta həbsxanada yatarkən belə idmanın inkişaf etməsinə çalışıb, onu təbliğ edib. Özü də yaxşı idmançıdı. Rövşən vaxtıyla güləşçi olub. Amma onun futbolla əlaqəsi haqda heç nə deyə bilmərəm.

- 1990-cı illərdə istənilən Rusiya komandasını dolayı yolla da olsa, hansısa "qanuni oğru" idarə edirdi. Azərbaycanda da belə hallar olub?
- Yuxarıda "Doktor Ağoppa" adını çəkdim. Əsl adı və soyadı Ağabala Babayevdi. O vaxt "Ağoppa" "Neftçi"ni nəzarəti altında saxlayırdı.

- Həmin "qanuni oğrular" indi də rus futboluna nəzarət edir?
- Əlbəttə! Rus mafiyası nəinki futbol, hətta bu dəqiqə dövlət işlərinə də girişir.

- Sovet dövründə gürcü "qanuni oğrular" Tiflis “Dinamo"sunun oyunlarını gedib stadiondan izləyərdilər. Gürcü mafiyasının futbola təsiri haqda nə deyərdiz?
- O vaxt Mesxi, Metreveli və Qabeliya kimi oyunçular hökumədən məvacib almaqla yanaşı, "qanuni oğrular"dan pay alırdılar. Yəni onlar da gürcü oyunçulara pul verirdilər. Hökumət 200-300 rubl məvacib yazırdısa, bunlar 1000 rubl məbləğində futbolçulara "pul kəsirdi".

- İtaliya mafiyasından isə xüsusi danışmaq olar. Ümumiyyətlə, italyan "mafioz"ların transferlərə və ya oyunun nəticələrinə müdaxilə etməsi haqda nə söyləyərdiz?
- Bəli, yadınızdadısa, 2006-cı ildə "Yuventus"u elitadan kənarlaşdırdılar, çempionluğunu da əlindən aldılar. Bu, mafiyanın işi idi. İtaliyada "Palermo" və "Kataniya" kimi komandaları da ABŞ-da məskunlaşan Siciliya mafiyası tərəfindən idarə olunur.

- "Yaponçik"lə "Ded Xasan"ın futbola münasibəti necə olub?
- "Yaponçik"in futbola yox, karate ilə samboya böyük marağı olub. "Ded Xasan" isə ümumiyyətlə, idmandan uzaq adam idi. Onun işi-peşəsi ancaq pul qazanmaq idi./Teleqraf.com/

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq

24 Avqust 2017 07:09

“Xan çinarı” məhv edilib...

24 Avqust 2017 06:43

Zidan "Real"la danışıqlar aparmadan müqavilə müddətini uzadıb

24 Avqust 2017 06:27

"Qarabağ"ın qələbəsi ayaqda qarşılandı - PAYTAXTDA GÖRÜNMƏMİŞ COŞQU

24 Avqust 2017 06:24

Norveçdə dünyanın ən böyük Data Mərkəzi tikiləcək

24 Avqust 2017 06:03

Bakıda qadın həkim poliklinikada sevgilisi tərəfindən bıçaqlanıb

24 Avqust 2017 05:32

“Zenith Energy” Azərbaycanda gündəlik hasilatını 219 barrel artırmağı hədəfləyir

24 Avqust 2017 05:23

ABŞ-ın Minsk qrupunda yeni həmsədri bəlli oldu

24 Avqust 2017 05:14

NATO Donbasdakı atəşkəsi alqışladı

24 Avqust 2017 04:43

Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

24 Avqust 2017 04:22

Yevlaxda 2 otaqlı yanıb kül oldu

24 Avqust 2017 04:14

Azərbaycanlı qızın bu videosu izləmə rekordu qırır

24 Avqust 2017 04:03

Gecə saatlarında Bakıda 4 piyadanı avtomobil vurub

24 Avqust 2017 03:52

"Qarabağ"ın uğuru Tvitter-in əsas gündəmi oldu - FOTO

24 Avqust 2017 03:24

"Qarabağ"ın qələbəsi Bakı küçələrində böyük sevinc hissi ilə qeyd olunub

24 Avqust 2017 03:12

Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

24 Avqust 2017 02:42

Bakıda "QARABAĞ" BAYRAMI - FOTOSESSİYA

24 Avqust 2017 02:33

Bakının mərkəzində qələbə bayramı - VİDEO

24 Avqust 2017 02:29

Tərtərdə 6 otaqlı ev yandı

24 Avqust 2017 02:04

Braziliyada gəmi batıb -

24 Avqust 2017 02:04

Qurban Qurbanov: İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı

24 Avqust 2017 02:03

"Kopenhagen"inin baş məşqçisi: "Rəqib 2 imkan qazandı və lazımi qaydada yararlanaraq qol vurdu"

24 Avqust 2017 02:02

Qurban Qurbanov: "İlk dəfə məğlubiyyətə sevinirdim"

24 Avqust 2017 01:47

“Oyunun sonlarında nəfəsimiz tutulmuşdu” - Tahir Gözəl

24 Avqust 2017 01:47

Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”

24 Avqust 2017 01:43

Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı"

24 Avqust 2017 01:42

"Qarabağ" və digərləri - SİYAHI

24 Avqust 2017 01:37

Ermənistanda vəkillər aksiya keçirəcək

24 Avqust 2017 01:35

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03

ÇL-nin qrup mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

24 Avqust 2017 00:57

Bakıda dənizdə batan şəxs xilas edilib

24 Avqust 2017 00:44

Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

24 Avqust 2017 00:37

"Tarixi məğlubiyyət"

24 Avqust 2017 00:35

Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib

24 Avqust 2017 00:22

Yaponiyada dəfn mərasimlərində rahibləri əvəz edəcək robot hazırlanıb

24 Avqust 2017 00:20

Rusiya səfiri ölü tapıldı

24 Avqust 2017 00:14

Rusiyanın Sudandakı səfiri ölü tapılıb

24 Avqust 2017 00:07

Sərnişin qatarı yük qatarı ilə toqquşdu - yaralılar var

23 Avqust 2017 23:59

Sakit mövsümdə doğulan müdrik cavan

23 Avqust 2017 23:53

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

23 Avqust 2017 23:50

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33