Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hitlerin doğulduğu ev sökülür

Hitlerin doğulduğu ev sökülür

Date: 18 October 2016 07:08

Avstriya höküməti Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu evin sökülməsinə dair qərar verib.

Oxu.Az “Die Press” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Volfqanq Sobotka bildirib.

Onun sözlərinə görə, evin zirzəmisi çox güman ki qalacaq, lakin üstdən yeni bina ucaldılacaq. Yeni tikili ya xeyriyyə təşkilatı, ya da dövlət qurumu tərəfindən istifadə olunacaq.

Qeyd edilir ki, evin söküntüsü artıq şəhərin icra hakimiyyəti ilə razılaşdırılıb, lakin bununla belə yekun qərarı ölkə parlamenti verməlidir.


Tags:  Hitlerin doğulduğu ev sökülür

RƏYLƏR


Top news