Azərbaycanda orta ömür uzunluğunun müddəti açıqlanıb

Azərbaycanda orta ömür uzunluğunun müddəti açıqlanıb
07:12 18 Oktyabr 2016
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda ötən il doğulan insanlarda gözlənilən ömür uzunluğu 75 yaş olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qadınlarda gözlənilən ömür uzunluğu 78, kişilərdə 73 olub.
Məlumata görə, dünya ölkələri arasında Almaniya (81 yaş, qadınlarda 83), Avstraliya (82 yaş, qadınlarda 84), Avstriya (81), Belçika (81), Birləşmiş Krallıq (81), Danimarka (80), Finlandiya (82), Fransa (82), İspaniya (83), İsveç (82), İsveçrə 83, İtaliya (82), Norveç (83), Yaponiya (83 yaş, qadınlar 86), Yunanıstan (81 yaş, qadınlarda 83 yaş olub) ən uzunömürlü ölkələrin yaşadığı ölkələrdir.
Döğulanda gözlənilən ən aşağı yaş həddi siyahısında Türkmənistan 63 yaşla birincidir. Bu ölkədə kişilərin doğulanda gözlənilən ömür uzunluğu 58 yaş olub.
Hindistan (64 yaş), Rusiya (71 yaş, kişilərdə 65), Qazaxıstan (71 yaş, kişilərdə 66), Ukrayna (71 yaş, kişilərdə 67), Ermənistan (73 yaş, kişlərdə 67 yaş) da az ömür yaşayanlar siyahısında yer alıb.  

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-orta-omur-uzunlugunun-muddeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR