Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 56 yaşlı kişini vurub qaçdılar

Bakıda 56 yaşlı kişini vurub qaçdılar

Date: 18 October 2016 07:37

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.
 
Mayak qəsəbəsi ərazisində 1960-cı il təvəllüdlü Niyaz Əhməd oğlu Ələkbərovu maşın vurub. Hadisəni törədən sürücü hadisə yerini tərk edib.
 
Yaralını yoldan keçən avtomobillərdən birinin sürücüsü 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.
 
Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Piyadanı vuran avtomobilin saxlanılması istiqamətində tədbirlər görülür.

Milli.Az


Tags:  Bakıda 56 yaşlı kişini vurub qaçdılar

RƏYLƏR


Top news