Dünyanın ən iri texnoloji investisiya fondu yaradılır

Dünyanın ən iri texnoloji investisiya fondu yaradılır
07:52 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Neft ixracından asılılığını azaltmağın yollarını axtaran Səudiyyə Ərəbistanı Yaponiyanın "Softbank" qrupu ilə birgə beynəlxalq texnoloji investisiya fondu yaradır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, fondun həcmi $100 mlrd. təşkil edə bilər.
 
Səudiyyə Ərəbistanın vəliəhdinin müavini Məhəmməd bin Salman bildirib ki, "SoftBank" 5 il ərzində fonda $25 mlrd. yatıracaq. Səudiyyə Ərəbistanın İctimai İnvestisiya Fondu isə qeyd edilən müddətdə yeni yaradılan fonda $45 mlrd. yatıracaq. Bir sıra iri investorların fondda iştirakda maraqlı olması kapital qoyuluşunu $100 mlrd. çatdıra bilər. Beləliklə, sözügedən fond dünyanın ən iri texnoloji sahəyə fokuslanan fondu olacaq.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/480378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR