Çempionlar Liqasının III turunun oyunları keçiriləcək

Çempionlar Liqasının III turunun oyunları keçiriləcək
08:02 18 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları keçiriləcək. 
"Report"un məlumatına görə, turun ilk oyun günündə E, F, G və H qruplarında mübarizə aparan komandalar meydana çıxacaq.
Rusiyanın ÇSKA klubu Fransa "Monako"sunu qəbul edəcək. Meydan sahibləri qələbə qazanarsa, qrupdakı vəziyyətini xeyli yaxşılaşdıracaq. Hazırda ÇSKA 1 xalla 4-cü pillədədir. Qrupun digər oyununda isə İngiltərənin "Tottenhem" klubu Almaniyada "Bayer"lə münasibətlərinə aydınlıq gətirəcək.
Çempionlar Liqası, qrup oyunları, III tur
18 oktyabr
E qrupu
22:45. ÇSKA (Rusiya) - "Monako" (Fransa)
22:45. "Bayer" (Almaniya) - "Tottenhem" (İngiltərə)
Xal durumu: "Monako" - 4. "Tottenhem" - 3. "Bayer" - 2. ÇSKA - 1.
F qrupu
22:45. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)
22:45. "Real Madrid" (İspaniya) - "Legiya" (Polşa)
Xal durumu: "Borussiya" - 4. "Real Madrid" - 4. "Sportinq" - 3. "Legiya" - 0.
G qrupu
22:45. "Lester" (İngiltərə) - "Kopenhagen" (Danimarka)
22:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)
Xal durumu: "Lester" - 6. "Kopenhagen" - 4. "Portu" - 1. "Brügge" - 0.
H qrupu
22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Sevilya" (İspaniya)
22:45. "Lion" (Fransa) - "Yuventus" (İtaliya)
Xal durumu: "Yuventus" - 4. "Sevilya" - 4. "Lion" - 3. "Dinamo" - 0.
Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sabah olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/cempionlar-liqasinin-iii-turunun-oyunlari-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR