Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ad günlərində tortun üzərinə niyə şam qoyulur?

Ad günlərində tortun üzərinə niyə şam qoyulur?

Date: 18 October 2016 08:08

Bayram ənənələrinin çoxu qədim ayinlərə söykənir. Bəs, doğum günündə tortun üzərinə şam qoyub onu üfürmək adəti hansı tarixə dayanır?

Axar.az xəbər verir ki, dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq, dünyanın bir çox ölkələrində yayılan bu ənənənin tarixi qədim yunanlardan gəlir.

Yunan ənənələrinə görə, dairəvi formada olan tort Günəşi əks etdirir. Üzərinə qoyulan şamların tüstüsünün isə üfləndikdən sonra tutulan arzunu Tanrıya çatdırdığına inanılır.

Ad günlərində tortun üzərinə uşağın qeyd olunan yaşından bir ədəd artıq şam qoyulurdu. Qoyulan əlavə şam uşağın gələcəyini əks etdirirdi.


Tags:  günlərində tortun üzərinə niyə şam qoyulur

RƏYLƏR


Top news