Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göyərtilərin faydası

Göyərtilərin faydası

Date: 18 October 2016 08:22

Göyərtiləri bazardan alıb evə gətirən zaman evin havasını tamamilə dəyişər və hər yeri gözəl ətir bürüyər. Onların ətirləri gözəl olduğu kimi dadları da ləzzətlidir. Bu ləzzətli göyərtilərin sağlamlığımıza çox faydası vardır.

Şüyüd
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, şüyüd də bu cür ətirli göyərtilərdən biridir. Misir həkimləri qədim zamanlarda ondan dərman kimi istifadə edirdilər. Bunu bilmək lazımdır ki, şüyüd mədə xəstəlikləri və yuxusuzluq üçün çox faydalıdır. Ona görə də yeməklərinizdə şüyüddən çox istifadə edin. İstər xam halında və istərsə də bişmiş halda. Şüyüdün toxumu iştahasızlıqla mübarizədə yaxşı dərman hesab edilir. Salatlarınıza və ya bişirdiyiniz şorbaların üzərinə şüyüdü doğrayıb tökə bilərsiniz. Yayda doğramac yemək çox ləzzətlidir və ona da şüyüd vurmağı unutmayın.
 
Keşniş
 
Keşinişin iyi hər bir kəsin xoşuna gəlir. Bu göyərti insanın iştahasını açar. Həzm sistemini gücləndirmək üçün keşniş çox gözəl vasitədir. Balıq və ət yeməklərinin üzərinə keşniş doğrayıb, süfrəyə yeni rəng qata bilərsiniz. Keşniş toxumundan şirniyyatları ətirləndirmək üçün istifadə etmək olar.
 
Cəfəri
 
Cəfəri ən çox istifadə edilən göyərtidir. Bu göyərtinin tərkibində C vitamini, kalsium, B9 vitamini, dəmir və anti-oksidantlar vardır. Yeməklərin bəzədilməsində ondan istifadə edə bilərsiniz. Həmişə təzə cəfəridən istifadə etməyə çalışın. Bu göyərtini qurutmaq heç də faydalı olmaz. Çünki tərkibindəki vitaminləri ölər. Onu həm xam və həm də bişmiş halda istifadə edin.
 
Kəklikotu
Bu bitkinin tərkibində antibiotiklər, antiviruslar vardır və yeməyi gözəl həzm edər. Əgər iştahanız yoxdursa, bu bitkiyə inana bilərsiniz. Bu bitki həm də yorğunluğu aradan aparar. Bu bitkidən ətləri ətirləndirən zaman da istifadə etmək olar.
 
Sarımsaq
 
Sarımsaq qanın cərəyanını yaxşılaşdırar və qan təzyiqini aşağı salar. Tədqiqatlar göstərir ki, sarımsaq qanda xolesterolun səviyyəsini aşağı salır. Əgər yeməklərinizin dadlı olmasını istəyirsinizsə, sarımsaqdan istifadə edə bilərsiniz. Kabablarda və balıqda sarımsaqdan istifadə etsəniz daha ləzzətli olar. Əgər sarımsaq iyi sizə əziyət verirsə bir qədər cəfəri və ya hil çeynəyin.

Milli.Az


Tags:  Göyərtilərin faydası

RƏYLƏR


Top news