Rusiya 8 saatlıq atəşkəs elan edib

Rusiya 8 saatlıq atəşkəs elan edib
08:22 18 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyanın Hələb şəhərində birtərəfli qaydada 8 saatlıq atəşkəs elan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin bəyan edib.
 
"Biz birtərəfli qaydada 8 saatlıq atəşkəs elan edirik. Bu müddət ərzində Rusiya və Suriya  aviasiyası Hələbdə əməliyyatları dayandırır. Düşünürəm ki, daha uzunmüddətli, misal üçün 48 və yaxud 72 saatlıq atəşkəs müəyyən qarşılıqlı razılaşmalar tələb edir", deyə V.Çurkin bildirib.
 
Qeyd edək ki, bundan əvvəl BMT dinc əhaliyə humanitar yardımın çatdırılması üçün 8 saatlıq fasilənin kifayət etməyəcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR