Qubada güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib

Qubada güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib
08:27 18 Oktyabr 2016
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Qubaya yağan güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib.
"Report"un Şimal bürosu xəbər verir ki, oktyabrın 16-dan 17-ə keçən gecədən başlayaraq yağan yağış sonra qara çevrilib.
Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, qarın hündürlüyü 50 santimetdən çoxdur. Hazırda qonşu kəndlərdə də eyni vəziyyətdir.
Buduq kəndi Böyük Qafqaz silsiləsində olduğu üçün orda qarın hündürlüyü daha çoxdur. Burada qarın hündürlüyü 55 sm-dir. Hazırda qarın yağması davam edir.
Quba FHK Komissiyasının sədri Yusif Abidov "Report"un şimal bölgə müxbirinə açıqlamasında bildirib ki, "qar güclənsə çətinliklər yaranacaq, ancaq bununla bağlı tədbirlər görüləcək."

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/qubada-guclu-qar-rayonun-8-kendi-ile-neqliyyat-elaqesini-kesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR