Sinayda 19 silahlı məhv edilib

Sinayda 19 silahlı məhv edilib
08:42 18 Oktyabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Misir hərbçiləri Sinay yarımadasında 19 silahlını məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.
 
Məlumata əsasən, oktyabrın 17-də səhər saatlarından hərbi aviasiya terrorçuların mövqelərinə hava zərbələri endirib. Silahlıların cəmləşdiyi ərazilər artilleriya atəşinə tutulduqdan sonra quru əməliyyatı başlayıb.
 
Ötən gün  Şeyx Züveyd  şəhərində silahlıların hücumu nəticəsində 5 hərbçi ölüb. Oktyabrın 14-də isə terrorçular Əl Əriş şəhəri yaxınlığında yerləşən hərbi blok-posta hücum ediblər,  nəticədə 12 hərbçi ölüb, 6-sı yaralanıb, döyüş zamanı 15 terrorçu məhv edilib. İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 
Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR