Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qubernatoru Super Mario stilində təbrik etdilər - VİDEO

Qubernatoru Super Mario stilində təbrik etdilər - VİDEO

Date: 18 October 2016 08:57

Rusiyanın Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun doğum gününə Kamışin şəhərindən olan "Showman" ləqəbli multiplikator "Super Mario Bros." oyunu stilində video çəkib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, videonu "YouTube" video hostinqinin "Kamışin VG Film" kanalında izləmək mümkündür.

Çarxda hazırkı region rəhbərinin bioqrafiyası əks olunub. Mario stilində təsvir edilmiş qubernator Rusiyanın bir neçə şəhərindən keçir. Xüsusilə onun Barnaul, Bryansk, Moskva və Volqoqrad şəhərlərində yaşadığı və işlədiyi müddət göstərilib.

Həmçinin A.Boçarovun hərbi təhsil aldığı, birinci Çeçenistan müharibəsindən keçməsi və Rusiya Qəhrəmanı adı ilə təltif edilməsi dövrünün epizodları göstərilib.
 

Milli.Az


Tags:  Qubernatoru Super Mario stilində təbrik etdilər VİDEO


RƏYLƏR


Top news