General Rail Rzayevin köməkçisinin kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

General Rail Rzayevin köməkçisinin kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb
09:22 18 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib (22 May 2017 10:22)
Ali Məhkəmə Rüfət Səfərovun kassasiya şikayətini icraata götürüb (18 May 2017 22:08)
Əli Kərimlinin köməkçisinin məhkəməsinin vaxtı açıqlanıb (17 May 2017 10:42)

Bakı. 18 oktyabr. REPORT.AZ/ Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qətlə yetirilən komandanı general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək məhkəmə iclası oktaybrın 20-nə təyin edilib.
İşə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Qaradağ Rayon Məhkəməsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinə baxılıb. Məhkəmə ərizəni təmin edib. A.Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Qərardan narazı qalan Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rauf Əsgərov apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan baxılması qərara alınıb. Həmin qərardan isə tərəflər kassasiya şikayəti verib. İlkin qərardan kassasiya şikayəti verildiyi üçün məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Qeyd edək ki, ittihama aktına əsasən, R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.
Aydın Rəfiyev Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1-ci (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2-ci (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3-cü (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3-cü (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma, bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda), A.Haşımov 177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunublar.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
R.Rzayev 2009-cu il fevralın 11-də, evinin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Generalın qətlindən 7 il keçməsinə baxmayaraq, cinayətin üstünün açılması mümkün olmayıb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Okean sahilində kafe - FOTO

25 May 2017 05:32

Braziliyada iğtişaşlar: azı 49 yaralı

25 May 2017 05:15

Rusiyada bankomatlar müştəriləri üzdən tanıyacaq

25 May 2017 05:02

Tez-tez xəstələnməyin, halsızlığın səbəbi… - VİDEO

25 May 2017 04:58

ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb

25 May 2017 04:47

İki mərtəbəli mənzil - FOTO

25 May 2017 04:32

Braziliya prezidenti orduya ölkədə asayişi bərpa etmək əmri verib

25 May 2017 04:27

Mourinyo 3-cü, “Mançester Yunayted” 5-ci oldu

25 May 2017 04:24

Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur

25 May 2017 04:03

ŞOK İDDİA!

25 May 2017 03:39

Bakıda sərxoş kişi özünü bıçaqlayaraq intihara cəhd edib

25 May 2017 03:32

Litva səciyyəli minimalizm - FOTO

25 May 2017 03:32

ABŞ-da naməlum şəxs üç nəfəri yaralayıb

25 May 2017 03:29

Tərtərə palçıqlı yağış yağdı

25 May 2017 03:19

Tovuzda zəhərlənmə: 25 yaşlı gənc spirtli içkidən komaya düşdü

25 May 2017 03:08

Türkiyədə Nuhun gəmisi tapıldı

25 May 2017 02:59

Hizer jurnala bəzək oldu - FOTO

25 May 2017 02:32

Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

25 May 2017 02:27

"Barselona"nın futbolçusu "İnter"ə keçir

25 May 2017 02:23

Ağıllı KİŞİLƏR, yoxsa QADINLAR daha çox xəyanət edir? - ARAŞDIRMA

25 May 2017 02:18

Xaricdə təhsil alanlara ŞAD XƏBƏR:

25 May 2017 01:52

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb (FOTO)

25 May 2017 01:50

Etirazçılar iki nazirliyin binasına od vurdu

25 May 2017 01:34

Ənənəvi memarlığa çağdaş yanaşma - FOTO

25 May 2017 01:32

Mançester terrorçusunun atası saxlanıldı

25 May 2017 01:27

Avropa Liqasında FİNAL GECƏSİ FOTOLARDA

25 May 2017 01:23

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

25 May 2017 01:22

Məşhur teleaparıcı bu şəkillərə görə LAĞA QOYULDU - FOTOLAR

25 May 2017 01:03

"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

25 May 2017 00:55

"Mançester Yunayted" qalib gəldi

25 May 2017 00:50

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

25 May 2017 00:42

ABŞ dövlət katibinin birinci müavini bəlli oldu

25 May 2017 00:39

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

25 May 2017 00:33

Güzəştli mənzilləri elektron qaydada necə əldə etmək olar? -

25 May 2017 00:31

Astroloji proqnoz - 25 may

25 May 2017 00:23

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

25 May 2017 00:22

Fransada fövqəladə vəziyyət müddəti artırılır

25 May 2017 00:08

Günün qoroskopu: bir sıra sınaqdan keçməli olacaqsınız

25 May 2017 00:05

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25 May 2017 00:02

Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

24 May 2017 23:57

"Mən qabaqladığım kluba keçə bilmərəm"

24 May 2017 23:57

Yanıq xəsarəti alana bunları bir-bir edin - YADDA SAXLAYIN!

24 May 2017 23:57

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

24 May 2017 23:57

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:57

Göbələk xəstəliyi kişidən yoluxur? - QADINLAR, MÜTLƏQ OXUYUN

24 May 2017 23:57

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

24 May 2017 23:52

"Mançester Yunayted" onu satır

24 May 2017 23:52

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

24 May 2017 23:47

Mbappe: "Yeni klub seçimində..."

24 May 2017 23:47

Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

24 May 2017 23:47