Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

18 OKTYABR

18 OKTYABR

Date: 18 October 2016 09:33

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin sənədə görə, Azərbaycan SSRİ-dən ayrılaraq müstəqil dövlət elan olunub və 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılıb.

1867-ci il. Hazırda ərazisinə görə ABŞ-ın ən böyük ştatı olan Alyaska Rusiya tərəfindən bu ölkəyə qızılla 7,2 milyon dollara satılıb.

1922-ci il. Böyük Britaniyanın “BBC” (Bi-Bi-Sİ) radioyayım korporasiyası təsis edilib. BBC-yə Böyük Britaniyada iki efir və üç kabel/peyk/rəqəmsal telekanal, habelə 14 milli rəqəmsal radiostansiya, bir neçə internet saytı, təqribən 40 jurnal məxsusdur.

2007-ci il. Pakistanda bu ölkənin tarixində ən böyük terror aktı baş verib. Tanınmış siyasi xadim Bənəzir Bhuttonun kortejində partlayış törədilib, 20-dən çox adam həlak olub. Bənəzir Bhutto əsasən müsəlman əhalinin yaşadığı bir ölkənin ən yeni tarixində ilk qadın hökumət başçısı olub.


Tags:  OKTYABR

RƏYLƏR


Top news