Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

70 illik həsrətin sonu: vüsala qovuşarkən etdiyimiz səhv

70 illik həsrətin sonu: vüsala qovuşarkən etdiyimiz səhv

Date: 18 October 2016 09:38

Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasından 25 il ötür.

Publika.az xəbər verir ki, 25 il öncə oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

Müstəqilliyin 25 illiyi dövlət tərəfindən yüksək səviyyədə qeyd olunur. Prezident İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında sərəncam imzalayıb.

Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, öz haqqı olan müstəqilliyə qovuşdu. Azərbaycan xalqı bu yolda böyük qurbanlar verdi. 1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirildi. Referendum bülletenində “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” sualına yekdilliklə “bəli” cavabı verməklə Azərbaycan xalqı öz müstəqilliyini heç nəyə qurban vermək fikrində olmadığını bir daha sübut etdi.

Lakin məhz bu referendum müstəqilliyin bərpasının 18 oktyabr tarixinə salınması haqda suallar yaradır. Çünki təcrübəyə görə, adətən ümumxalq səsverməsi keçirilir və referendumun nəticələrinə uyğun addımlar atılır. 1991-ci ildə isə Azərbaycan Ali Soveti əvvəlcə müstəqilliyi qəbul etdi, daha sonra qəbul olunmuş müstəqilliyin bərpası haqda qərarla bağlı xalqın mövqeyi öyrənildi. Təsəvvür edək ki, həmin referendumda “yox” cavabı çıxsaydı, nəticə necə olacaqdı? Azərbaycan xalqının qanı bahasına başa gəlmiş müstəqillikdən imtina ediləcəkdi, yoxsa?
Məhz bu sual ortada anlaşılmaz vəziyyətin olduğunu göstərir. Məsələ müstəqilliyin bərpasının yanlış olmasından yox, müstəqilliyin bərpasının hesablandığı günün yanlış olmasından gedir.

“Müstəqilliyi Naxçıvan Muxtar Respublikası birinci elan etdi, daha sonra beş müttəfiq respublika – Litva, Latviya, Estoniya, Ermənistan və Gürcüstan SSRİ-dən ayrıldılar”.

Bu ifadələr Rusiyanın “RİA Novosti” agentliyinin bu günlərdə yayımladığı məqalədəndir.

Göründüyü kimi, Naxçıvan SSRİ-dən ilk çıxmaqla adını tarixə yazdırıb. Belə ki, 1990-cı ilin yayında seçilmiş Naxçıvan MSSR Ali Sovetinin 17 noyabrda keçirilən I sessiyasının qərarı ilə “Sovet” və “Sosialist” sözləri Muxtar Respublikanın adından çıxarıldı, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan MR-in də bayrağı kimi qəbul olundu. Bu qərarlarda Heydər Əliyevin rolu mühüm oldu.

Ermənistan: 21 sentyabr 1991
Gürcüstan: 9 aprel 1991
Belarus: 25 avqust 1991
Ukrayna: 24 avqust 1991
Moldova: 27 avqust 1991
Qırğızıstan: 31 avqust 1991
Özbəkistan: 1 sentyabr 1991
Tacikistan: 9 sentyabr 1991
Azərbaycan: 18 oktyabr 1991
Türkmənistan 27 oktyabr 1991
Qazaxıstan 16 dekabr 1991
Litva: 11 mart 1990
Estoniya: 20 avqust 1991
Latviya: 4 may 1990

Azərbaycanın müstəqillik günü ilə bağlı tarixi xronologiya isə belədir. Hansı ki, digər respublikaların müstəqil olmasında stimul olan, bu yolda yüzlərlə şəhid verən də bizik. Amma ya vəlvələdən, ya zəlzələdən adımız siyahıda ən sonuncular arasındadır. Bunu anlamaq üçün təbii fəlakət olan zəlzələni Allahın işi olduğunu deyib bir kənara qoyaq. Problem vəlvələdədir. Çünki 30 avqustda müstəqillik haqda bəyannamə qəbul edilməsinə baxmayaraq, o dövrün rəhbərliyi müstəqilliyin bərpası günün Konstitusiya Aktının qəbul edildiyi 18 oktyabr tarixindən qeyd etmək qərarını verdilər.

Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan Respublikasının Ali Soveti.... “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq Konstitusiya Aktını” qəbul etmişdi.

Yəni Konstitusiya Aktını qəbul edənlər müstəqillik bəyannaməsini əsas tutur, bunun müstəqilliyin bərpası haqda qərar olduğunu qəbul edir, lakin yenə də “gün” olaraq 18 oktyabrı seçirdilər.

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.

30 avqust 1991-ci ildə qəbul olunmuş bəyannamədə belə deyilir. Burada sonuncu cümlə “dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir” xüsusi olaraq qeyd olunmalıdır. Həmin vaxt Ali Sovet Konstitusiya Aktının qəbul olunduğu günü müstəqilliyin bərpa olunduğu gün kimi qəbul etməklə hər şeydən öncə özü-özünü təkzib etdi. Bunu bəlkə də bağışlamaq, üzərindən sakit keçmək olar. Amma tarixi xronologiya baxımından nəticə bağışlanmazdır. Məhz bu yanlış hesabına bu gün Azərbaycan müstəqilliyini bərpa etmiş müttəfiq respublikalar sırasında ən sonunculardır.

Dünya təcrübəsi isə göstərir ki, müstəqillik bəyannaməsinin qəbul edilməsi dövlət müstəqilliyinin elan olunması deməkdir.

Müstəqillik günü ilə bağlı tarixi yanlış – 25 ildir nəyi səhv edirik?

Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edir. 1991-ci ilin 18 oktyabr tarixində Konstitusiya Aktı qəbul olundu və müstəqillik günü məhz bu tarixdən hesablanmağa başlandı.



Müstəqilliyin bərpası gününün 18 oktyabrdan 30 avqusta dəyişdirilməsi və bununla tarixi ədalətin bərpa olunması təklifləri var.

Bu tarixin 29 dekabr – referendum keçirildiyi tarixdən hesablanmasını təklif edənlər də var.

Misal üçün, sabiq prezident Əbülfəz Elçibəyin müşaviri olmuş millət vəkili Fazil Mustafa bu təkliflə çıxış edir.

“Təklif edirəm ki, Azərbaycanın müstəqillik günü 1991-ci il dekabrın 29-da keçirilən müstəqillik referendumundan götürülsün. Çünki bu referendumun nəticəsi Azərbaycanın xalqının iradəsini ortaya qoydu”, - deyə o bildirib.

Makiyaj fırçası gənc qızı iflic etdi - FOTOLAR



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Müstəqillik Günü tarixinin 1991-ci il və digər tarixlərdən hesablanmasının doğru olmadığını düşünür: “Əgər Azərbaycan Demokratik Cümhuriyyətini 28 may 1918-ci ildə yartmışıqsa, o zaman müstəqillik tariximiz də məhz həmin tarixdən götürülməlidir.
Azərbaycan 1918-ci ildə rus işğalından azad olaraq, öz müstəqilliyini elan edib. Sonra isə rus yenidən Azərbaycanı işğal edib və 1991-ci ildə ikinci dəfə azadlıq qazanmışıq. Ona görə də Azərbaycanın müstəqilik günü mayın 28-dən hesablanmalıdır”.

Sərdar Cəlaloğlu: “Oktyabrın 18-ni müstəqillik günü saymıram”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu millət vəkili Fazil Mustafanın Azərbaycanın Müstəqillik Günü tarixinin 1991-ci il dekabrın 29-dan hesablanması barədə səsləndirdiyi təklifə münasibət bildirib.



Müxtəlif fikirlər, təkliflər var. Lakin 1991-ci ildəki məntiqsizlik müstəqillik gününün 1918-ci il 28 may tarixindən götürülməsi zərurətini yaradır. Ən azından müstəqilliyin bərpası uğrunda canından keçmiş şəhidlərin ruhunun şad olması və tarixi ədalətin bərpa edilməsi baxımından bunları unutmamaq lazımdır.

Asif


Tags:  illik həsrətin sonu vüsala qovuşarkən etdiyimiz səhv

RƏYLƏR


Top news