"Antalyaspor" "zirzəmi"də "ilişib"

"Antalyaspor" "zirzəmi"də "ilişib"
09:52 18 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında VII tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyununda "Kasımpaşa" "Qaziantepspor"la qolsuz bərabərliyə razılaşıb.

Günün digər matçlarında İstanbul nəhəngləri meydana çıxıblar. "Beşiktaş" "Kayserispor"u səfərdə məğlub edib. Millimizin üzvü Ufuk Budakın start heyətində başladığı oyunda "qara qartal" minimal hesablı qələbəyə sevinib.
 
"Qalatasaray" da Ankarada "Gənclərbirlyi" ilə matçda eyni nəticəyə sevinib. Brumanın 13-cü dəqiqədəki qolu yeganə olub.
 
Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" bazar günü meydana çıxıb. Qaradəniz təmsilçisi evdə "Akhisar"la üz-üzə gəlib. Hələ ki, Super Liqada oyun  keçirməyən hücumçumuz "Akhisar"la oyunda ilk dəfə iştirak ərizəsində yer alsa da, meydana çıxası olmayıb. Görüş isə 0:0 hesablı bərabərliklə yekunlaşıb.
 
Digər İstanbul nəhəngi "Fənərbağça" da uğursuzluğa dur deyə bilmir. "Sarı bülbüllər" doğma meydanda "Alaniyaspor"la bacarmayıb - 1:1.
 
Turun son matçında isə "Antalyaspor"la "Rizəspor" xalları yarı bölüblər. Bu nəticə Antalya klubunun turnir cədvəlinin son pilləsindən qurtulmasına imkan verməyib.
 
Türkiyə Super Liqası
VII tur
 
15 oktyabr
"Kasımpaşa" - "Qaziantepspor" - 0:0
 
"Kayserispor" - "Beşiktaş" - 0:1

Qol: Ömər Şişmanoğlu, 67
 
"Adanaspor" - "Karabükspor" - 1:2
Qollar: Queye, 81 (pen.) - Traore, 5, Ermin Zets, 35
 
"Gənclərbirliyi" - "Qalatasaray" - 0:1
Qol: Bruma, 13
 
16 oktyabr
"Bursaspor" - "Osmanlıspor" - 0:0
 
"Başakşəhər" - "Konyaspor" - 1:1

Qollar: Batdal, 75 - Bayiç, 79
 
"Fənərbağça" - "Alanyaspor" - 1:1
Qollar: Mehmet Topal, 36 - Kandeyas, 59
 
"Trabzonspor" - "Akhisar" - 0:0
 
17 oktyabr
"Antalyaspor" - "Rizəspor" - 1:1

Qollar: Kadah, 72 - Ahmet İlhan, 90+1
 

Turnir cədvəli:

1.

Başakşəhər

7

5

2

0

15-4

17

2.

Beşiktaş

7

5

2

0

15-6

17

3.

Qalatasaray

7

5

2

0

13-5

17

4.

Bursaspor

7

4

1

2

9-7

13

5.

Karabükspor

7

4

0

3

13-9

12

6.

Osmanlıspor

7

2

5

0

8-5

11

7.

Gənclərbirliyi

7

2

4

1

7-4

10

8.

Konyaspor

7

2

4

1

9-7

10

9.

Fənərbağça

7

2

3

2

12-9

9

10.

Qaziantepspor

7

2

2

3

5-7

8

11.

Alanyaspor

7

2

2

3

9-14

8

12.

Trabzonspor

7

2

1

4

3-10

7

13.

Akhisar

7

1

3

3

3-6

6

14.

Adanaspor

7

1

2

4

6-9

5

15.

Kayserispor

7

1

2

4

8-14

5

16.

Rizəspor

7

1

2

4

4-10

5

17.

Kasımpaşa

7

1

2

4

6-13

5

18.

Antalyaspor

7

0

3

4

6-12

3

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR