Peru mətbuatında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilən “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib

Peru mətbuatında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilən “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib
09:57 18 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 18 oktyabr. REPORT.AZ/ Perunun nüfuzlu mətbuat orqanlarından olan “El Peruano” qəzetində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilən “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib.
Azərbaycanın Perudakı Diplomatik Nümayəndəliyindən "Report"a verilən məlumata görə, məqalə Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunub. Məqalədə müasir Azərbaycanın 1918-ci ilin may ayının 28-də yaradılan Azərbaycan Demokratik Respublikasının varisi olduğu göstərilib. Qeyd edilib ki, Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk demokratik respublika olub. Cəmi 18 ay ömrü olan Azərbaycan Demokratik Respublikası o dövrdə öz demokratik prinsiplərinə görə bir sıra Avropa dövlətlərini qabaqlayıb və respublikanın parlamenti qadınlara kişilərlə eyni hüquq bərabərliyi verib. 18 ay davam edən respublikaya geosiyasi mübarizə nəticəsində 1920-ci ilin aprel ayında son qoyulur.
Məqalədə göstərilib ki, 1991-ci il oktyabrın 18-də Respublika öz müstəqilliyini bərpa etdikdən sonra ötən 25 il ölkədə suverenlik və müstəqilliyin bərpası uğrunda mübarizə, ölkədə və xalqın özündə dərin dəyişikliklər, dövlət quruculuğu, iqtisadi inkişaf və ölkənin beynəlxalq sistemə inteqrasiyası dövrü olub. Bu gün Azərbaycanın beynəlxalq arenada fəal iştirakçı kimi daha nüfuzlu mövqe qazanmaqda olduğu bildirilib. Qeyd edilib ki, ölkə energetika, nəqliyyat, informasiya texnologiyaları, rabitə və digər sahələrdə iri layihələrin həyata keçirilməsi işinin əsasını qoyanlardan biri və etibarlı tərəfdaşdır. Bu layihələrin inkişafı nəinki milli və regional inkişaf üçün güclü dinamika yaradır, həm də Qara dəniz və Xəzər dənizinin iqtisadi və geostrateji mənzərəsini əsaslı şəkildə dəyişdirir.
Məqalədə göstərilir ki, Azərbaycan uzun illər boyu humanitar sahədə beynəlxalq yardım təşəbbüslərini dəstəkləməklə bu işdə mühüm investora çevrilib. Azərbaycan multikulturalizm ölkəsi kimi digər ölkələrlə, mədəniyyətlər arasında körpü rolu oynadığı, beynəlxalq dialoqların inkişafına təsir göstərdiyi, mədəni tədbirlərin təşkilində iştirak etdiyi, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırmasında vasitəçilik etdiyi qeyd olunur. Öz beynəlxalq rolunu düzgün dərk etdiyinə görə 2011-2013-cü illərdə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, Xəzər və Qara dəniz regionlarında və onların hüdudlarından kənarda inkişaf, çiçəklənmə və sülh naminə çox şey etmək istəyən və bunu bacaran ölkə olmasına baxmayaraq, Azərbaycanın qarşısında dayanan ciddi maneə də mövcuddur. Bunun səbəbi kimi Azərbaycan ərazisinin beşdə bir hissəsinin hələ də erməni qoşunlarının işğalı altında olması göstərilib.
Məqalədə göstərilib ki, BMT Təhlükəsizlik Şurasının qərarları Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan tərəfi yenə də buna əməl etmir. Son iyirmi ildə münaqişənin sülh yolu itlə həll edilməsi uğrunda beynəlxalq birliyin bütün səylərinə baxmayaraq, vəziyyət dəyişməz qalır. Qeyd edilib ki, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həll edilməsinə çalışır və ümid edir ki, beynəlxalq birlik Ermənistanın hazırkı siyasətini adekvat qiymətləndirəcək və ədaləti bərpa etmək uğrunda və gələcəkdə də belə faciələrin baş verməməsi üçün qəti və effektiv tədbirlər görəcəkdir.
Məqalədə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən xarici siyasəti və bunu dinamik şəkildə inkişaf etdirən siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi altında respublika Şərqlə Qərb arasında körpü rolu oynayır.
Sonda qeyd edilib ki, müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan iqtisadi siyasət, sosial sabitlik, inkişaf etmiş beynəlxalq və mehriban qonşuluq münasibətləri sayəsində sabit, multikulturalist, sülh və əmin-amanlıq şəraitində inkişaf edən müasir ölkə kimi tanınıb.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Neftçi”nin yubileyi QARA(BAĞ) gəldi

30 Mart 2017 22:57

Qəhvə qadınlarda depressiya riskini azaldır

30 Mart 2017 22:57

Tələbələr arasında radikalizmə qarşı seminar keçirildi

30 Mart 2017 22:54

Koreyanın sabiq prezidenti həbs olundu

30 Mart 2017 22:52

Hörümçək zəhəri iflic müalicəsində istifadə edilə bilər

30 Mart 2017 22:52

"Əgər ora zərbə endirilərsə, Ermənistan hansı faciələri yaşayacaq?" - polkovnik Şair Ramaldanov

30 Mart 2017 22:52

Sabiq prezident tutuldu

30 Mart 2017 22:49

Trampdan TƏHDİD: “Kreslolarınızı əlinizdən alacağam”

30 Mart 2017 22:48

Mübarək Rəcəb ayı haqqında

30 Mart 2017 22:47

70 minə satışa çıxarılan 64 illik maşın - "Atama görə almışdım" - FOTO

30 Mart 2017 22:47

Namazda “hüzuri-qəlb” (qəlbin iştirakı) halının mənası nədir?

30 Mart 2017 22:47

Toyota 3 milyon avtomobilini geri çağırır

30 Mart 2017 22:47

Toyuq alanda və bişirəndə nələrə diqqət etməliyik

30 Mart 2017 22:37

Azərbaycanda nə qədər erməni yaşayır?

30 Mart 2017 22:35

Nobel mükafatçısı vəfat etdi

30 Mart 2017 22:33

Damında bağ olan ev - FOTO

30 Mart 2017 22:32

Müasir göz xəstəliyi: Kompüter görmə sindromu nədir?

30 Mart 2017 22:27

"Qarabağ"dan "Neftçi"yə "yubley hədiyyəsi" - FOTO/VİDEO

30 Mart 2017 22:27

Ankara Gülənin müvəqqəti həbsinigözləyir

30 Mart 2017 22:22

Emosional və zərif varlıqlar

30 Mart 2017 22:22

Ərdoğan: “Ya təslim olacaqlar, ya da...” - VİDEO

30 Mart 2017 22:18

Rəcəb ayı daxil olur, hansı əməllər yerinə yetirilməlidir?

30 Mart 2017 22:17

“Neftçi”ni sevməyənlər çoxdu" - Elxan Abdullayev

30 Mart 2017 22:17

"Qarabağ" "Neftçi"yə şans vermədi -

30 Mart 2017 22:15

TAP-la baglı sensasion xəbərdarlıq: “Ehtiyatlı olun, ruslara işləyirlər...”

30 Mart 2017 22:12

Mərdlik və alicənablığın 6 nişanəsi

30 Mart 2017 22:12

Ankara Vaşinqtondan Gülənin həbsini gözləyir

30 Mart 2017 22:09

"Kubokun qalibi olmaq istəyirlər" - Qurban Qurbanov

30 Mart 2017 22:07

Millimiz Moldovaya yenə qalib gəldi

30 Mart 2017 22:07

Çeçenistanda döyüşlər: ölənlər var

30 Mart 2017 22:05

Cazibədar Brianna Mayamidə - FOTO

30 Mart 2017 22:05

Sabah yanğın baş verərsə, Bakıda bu binalara... - FOTO

30 Mart 2017 22:05

Doğma bacısı Sevinc Osmanqızıdan üz döndərdi

30 Mart 2017 22:05

Göy-göyərti doğramaq üçün aldığı bıçaqla dostunun qardaşını öldürdü - CİNAYƏT

30 Mart 2017 22:03

"Meydan TV"-nin təxribatına cavab

30 Mart 2017 21:57

Qocanın gənc xanıma yazdığı ehtiraslı məktublar

30 Mart 2017 21:57

Qurban Qurbanov Volkan Dəmirəlin transferindən danışdı

30 Mart 2017 21:57

Ermənistanda parlament seçkilərinə üsyan

30 Mart 2017 21:57

Qəbələdə 41 yaşlı qadın özünü asdı

30 Mart 2017 21:52

Tanınmış aktrisa kurorta yollandı - FOTO

30 Mart 2017 21:52

Sabirabad sakinindən narkotik vasitə götürüldü

30 Mart 2017 21:52

Apreldən Azərbaycana "ərəblərin axını" başlayacaq

30 Mart 2017 21:47

Braziliyalı gözəl Mayamidə - FOTO

30 Mart 2017 21:47

İsraildən növbəti həbs dalğası:

30 Mart 2017 21:46

123 min dollarlıq məktub

30 Mart 2017 21:43

Metroda nə vaxt öpüşmək olar?

30 Mart 2017 21:42

Sabirabad sakini narkotiklə yenidən tutuldu

30 Mart 2017 21:39

Bakıda 28 mindən artıq "birinci sinif sorğusu" var

30 Mart 2017 21:37

Tarixin ən əxlaqsız doqquz qadını - FOTO

30 Mart 2017 21:37

Qəbələdə intihar

30 Mart 2017 21:34