İtaliya A seriyasında VIII tura yekun vurulub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun son günündə 1 qarşılaşma baş tutub.
Turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparan "Torino" səfərdə "Palermo" ilə görüşüb. Autsayderlər arasında yer alan sonuncular erkən qol vurmağı bacarsalar da, qonaqlar əzmkarlıq nümayiş etdiriblər. 4 qol vuran Turin klubu böyükhesablı, əzmkar qələbə qazanıb. Bu, komandanın turnir cədvəlinin 4-cü pilləsinə qədər irəliləməsinə imkan verib.
Ümumiyyətlə isə 3 gün davam edən tur liderlər qrupunda yer alan "Napoli" və "Roma" arasında matçla əlamətdar olub. Matç qonaqların 3:1 hesablı qələbəsiylə nəticələnib.
Yarışın lideri "Yuventus" isə evdə "Udineze"ni çətinliklə məğlub edib - 2:1.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Fiorentina" evdə "Atalanta"nı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə nəticələnib. Bu heç-heçədən sonra Florensiya klubu 9 xalla 14-cüdür.
Milan klubları turu fərqli nəticələrlə başa vurublar. "İnter" evdə "Kalyari"yə uduzubsa, "Milan" səfərdə "Kyevo"nu məğlub edib.
İtaliya A seriyası
VIII tur
15 oktyabr
"Napoli" - "Roma" - 1:3
Qollar: Kulibali, 58 - Dzeko, 43; 54. Salah, 86.
"Peskara" - "Sampdoriya" - 1:1
Qollar: Kampanyaro, 23 - Kampanyaro, 13-avtoqol.
"Yuventus" - "Udineze" - 2:1
Qollar: Dibala, 43; 51-pen - Yankto, 30.
16 oktyabr
"Fiorentina" - "Atalanta" - 0:0
"Cenoa" - "Empoli" - 0:0
"İnter" - "Kalyari" - 1:2
Qollar: Joao Mario, 56 - Melkiorri, 71, Handanoviç, 85 (öz qapısına)
"Latsio" - "Bolonya" - 1:1
Qol: İmmobile, 90+7 (pen.) - Helander, 10
"Sassuolo" - "Krotone" - 2:1
Qollar: Sensi, 83, İemmelo, 86 - Falsinelli, 2
"Kyevo" - "Milan" - 1:3
Qollar: Birsa, 76 - Kuşka, 45, Nianq, 46, Danielli, 90+5 (öz qapısına)
17 oktyabr
"Palermo" - "Torino" - 1:4
Qollar: Çoçev, 5 - Lyayiç, 25, 40, Benassi, 45, Baselli, 50
Milli.Az