Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xaçmazda avtomobil aşıb, sürücü ölüb

Xaçmazda avtomobil aşıb, sürücü ölüb

Date: 18 October 2016 10:12

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Quba avtomobil yolunda rayonun Ağyazı Buduq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil  hərətkət olan zaman sürücü idarəetməni itirib və yolun kənarına aşıb. Bir neçə  dəfə çevrilən avtomobilin hələlik şəxsiyyəti məlum olmayan sürücüsü hadisə yerində ölüb.
Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili tibbi yardım maşını gəlib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb

Tags:  Xaçmazda avtomobil aşıb sürücü ölüb

RƏYLƏR


Top news