SOCAR istiqrazları təkrar bazara çıxıb

SOCAR istiqrazları təkrar bazara çıxıb
10:12 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlara verilmiş sifarişlərin 90%-i Azərbaycan vətəndaşlarına aid olub. “Report” xəbər verir ki, bu açıqlama ilə SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edib.
Onun sözlərinə görə, istiqrazlara tələbin emissiya prospektində nəzərdə tutulandan 2 dəfə çox – 203 mln. dollar olması daxili kapital bazarının inkişafı üçün müsbət haldır.
R.Abdullayev qeyd edib ki, istiqrazlar tədavüldə olduğu 2021-ci ilə qədər market-meykerlər vasitəsi ilə nominal qiymətə (1 000 ABŞ dolları) geri alınacaq. Eyni zamanda, bundan sonra xarici ölkə vətəndaşları və hüquqi şəxslər də təkrar bazarda istiqrazları əldə edə bilərlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/socar-istiqrazlari-tekrar-bazara-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR