"Dinamo" - "Qəbələ" matçının hakimləri açıqlandı

"Dinamo" - "Qəbələ" matçının hakimləri açıqlandı
10:17 18 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Dinamo” (Moskva, Rusiya) - “Qəbələ” cavab oyununa hakim təyinatları açıqlanıb. 

Fanat.Az xəbər verir ki, Rusiyada keçiriləcək cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Dumitru Muntyan olacaq. Onun köməkçiləri kimi isə həmyerliləri Vyaçeslav Sivaçyovla Anatoli Basiul təyinat alıblar. Dördüncü hakim funksiyasını rusiyalı referi yerinə yetirəcək.

Xatırladaq ki, Ximkidəki “Rodina” stadionunda keçiriləcək matç oktyabrın 19-u Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdinamoquot-quotqblquot-matcnn-hakimlri-acqland-t53421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR