Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı yollarının durumu ilə bağlı AÇIQLAMA

Bakı yollarının durumu ilə bağlı AÇIQLAMA

Date: 18 October 2016 10:22

Ölkədəki qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında problem müşahidə olunmur.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur: "Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şossesindən başqa heç bir yolda su basma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub".

A.Nəcəfli deyib ki, Binəqədi şossesində isə yaxınlıqda olan bir neçə açıq su kanallarının daşması nəticəsində yola su dolub: "Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən işlər aparılır".

Milli.Az


Tags:  Bakı yollarının durumu bağlı AÇIQLAMA

RƏYLƏR


Top news