Montana ştatında 18 oktyabr “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib

Montana ştatında 18 oktyabr “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib
10:24 18 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

 

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan edib. Lent.az-ın məlumatına görə, bu barədə qubernator Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanladığı xüsusi təbriknamədə bildirib. S.Bullok Azərbaycanın müstəqilliyinin və azadlığının bərpası və qorunub-saxlanılması yolunda Azərbaycan xalqının göstərdiyi əzmkarlığı alqışladığını vurğulayıb. Qubernor son 25 ildə Azərbaycan Respublikasının müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının sülh içərisində birgə yaşayışı üçün beynəlxalq aləmdə uğurlu model kimi tanındığını qeyd edib. Sonda qubernator, 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan etməkdən şərəf hissi duyduğunu vurğulayaraq, ştatın bütün sakinlərini bu əlamətdar bayram sevincinə qoşulmağa çağırıb.    

 

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval da azərbaycanlıları təbrik edib. Belə ki, qubernator B.Sandoval Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnaməsi göndərərək , Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xoş arzularını çatdırıb.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR