Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaçmazda avtomobil aşdı: sürücü öldü

Xaçmazda avtomobil aşdı: sürücü öldü

Date: 18 October 2016 10:37

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə Xaçmaz-Quba avtomobil yolunda, rayonun Ağyazı Buduq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil  hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarına aşıb. Bir neçə  dəfə çevrilən avtomobilin hələlik şəxsiyyəti məlum olmayan sürücüsü hadisə yerində ölüb.
Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili tibbi yardım maşını gəlib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az


Tags:  Xaçmazda avtomobil aşdı sürücü öldü

RƏYLƏR


Top news