Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR istiqrazları bazarda canlanma yaratdı

SOCAR istiqrazları bazarda canlanma yaratdı

Date: 18 October 2016 10:38

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının tədavülə buraxılması ilə qiymətli kağızlar bazarında canlanma yaranıb. İndiyə qədər Azərbaycan təcrübəsində bir neçə dəfə iri məbləğdə səhm və istiqraz emissiyası həyata keçirilsə də, SOCAR istiqrazlarına olan tələbat (emissiyadan 2 dəfə çox) qeydə alınmayıb.

Publika.az-ın məlumatına görə, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Milli Depozit Mərkəzi (MDM) İdarə Heyətinin sədri Araz Əliyev bildirib.

Onun sözlərinə görə, bu istiqrazlar kapital bazarındakı durğunluğu aradan qaldırıb. Hazırda bazar iştirakçıları bu istiqrazların repo əməliyyatlarına cəlb edilməsi istiqamətində iş aparır. Bu istiqamətdə MDM ilə ilkin razılıq əldə olunub.

İqtisadiyyat şöbəsi


Tags:  SOCAR istiqrazları bazarda canlanma yaratdı


RƏYLƏR


Top news