SOCAR-ın növbəti istiqraz emissiyasının gəlirliliyi nisbətən aşağı olacaq

SOCAR-ın növbəti istiqraz emissiyasının gəlirliliyi nisbətən aşağı olacaq
10:42 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bazardakı tələbdən asılı olaraq daha bir istiqraz emissiyası həyata keçirə bilər. “Report” xəbər verir ki, bu açıqlama ilə SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edib.
Onun sözlərinə görə, əgər bu, baş versə, həmin istiqrazların gəlirliliyi ilk emissiyaya nisbətən aşağı olacaq.
Şirkətin kapital bazarları üzrə məsləhətçisi Ali Ağaoğlu isə deyib ki, növbəti istiqraz emissiyası 2017-ci ildə baş tuta bilər və SOCAR istiqrazlarının daha çox investoru əhatə etməsi üçün növbəti emissiyanın məbləğinin azı 200 mln. dollar olması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/socar-in-novbeti-istiqraz-emissiyanin-gelirliliyi-nisbeten-asagi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR