Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD bu şəhərlərə hücum edəcək – MİT-dən XƏBƏRDARLIQ

İŞİD bu şəhərlərə hücum edəcək – MİT-dən XƏBƏRDARLIQ

Date: 18 October 2016 10:43

İŞİD terror təşkilatı İstanbul, Qaziantep, Ankara, Antalya və İzmirdə təyyarə qaçırmağa və terror akIarı həyata keçirməyə hazırlaşır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Milli Kəşfiyyat Təşkilatının (MİT) 81 vilayətin təhlükəsizlik güclərinə göndərdiyi xəbərdarlıq məktubunda deyilir.

“Təcili” kodlu və 12 oktyabr tarixli xəbərdarlıq məktubunda İstanbul, Qaziantep, Ankara, Antalya və İzmir vilayətlərində terror təhlükəsinin daha çox olduğu vurğulanıb. Məlumata görə, 2016-cı ilin dekabr ayında açılması planlaşdırılan Avrasiya tuneli də İŞİD-in hədəfləri arasındadır.

Qeyd edilir ki, İŞİD terror aktlarını Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında təşkil etdiyi “Fərat Qalxanı” əməliyyatına cavab olaraq planlaşdırır. Terror təşkilatı bu əməliyatın gedişatında nəzarət etdiyi bir sıra əraziləri itirib.

MİT təhlükəsizlik güclərindən daha diqqətli olmağı xahiş edib.

Ömər Dağlı


Tags:  İŞİD bu şəhərlərə hücum edəcək MİT-dən XƏBƏRDARLIQ

RƏYLƏR


Top news