Evlilik proqramları ilə bağlı mühüm qərar verildi

Evlilik proqramları ilə bağlı mühüm qərar verildi
10:46 18 Oktyabr 2016
231 Şou
Ölkə mətbuatı
A- A+

Son iki ildir Türkiyədə evlilik proqramları arasında yaşanan reytinq savaşı artıq həddini aşmış və aparıcılar düşmən mövqeyinə keçmişdilər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Esra Erol, Seda Sayan və Zuhal Topal canlı yayımda bir-birinin ünvanına sərt mesajlar göndərir, rəqib proqramlarda iştirakçılara pul verərək efirdə qalmaqal yaradır və bir-birinin reytinqli iştirakçılarını öz proqramlarına dəvət edirdilər.

Lakin bundan sonra bu hallar yaşanmayacaq. Bu evlilik proqramlarının yayımlandığı telekanalların rəhbərləri bir araya gələrək müqavilə imzalayıblar. Artıq heç bir aparıcı digər proqramdan gəlin ya da bəy namizədini öz proqramına transfer etməyəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR