BMT nümayəndəsi: "Biz dünyanı bişirməklə məşğuluq"

BMT nümayəndəsi: "Biz dünyanı bişirməklə məşğuluq"
10:47 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalayıb. BMT olaraq bu Milli Şuranın fəaliyyətinə hər zaman dəstək verməyə hazırıq". "Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumda çıxış edən BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qulam İsaqzai deyib.
Q.İsaqzai təmsil etdiyi qurumun Azərbaycanda bir sıra layihələri dəstəklədiyini də bildirib: "Belə görüşlərin keçirilməsində əsas məqsəd dünyada karbon emissiyasını azaltmaqdır. Planlaşdırılır ki, 2030-cu ilə qədər karbon qazının həcmi 25%-ə qədər azalsın".
BMT Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Andrey Vasilyev isə çıxışında bildirib ki, karbon qazının həcminin artması qlobal ekologiyaya mənfi təsir edir: "Belə görünür ki, biz dünyanı bişirməklə məşğuluq".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bmt-numayendesi-biz-dunyani-bisirmekle-mesguluq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR