Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin bir qrup tələbəsi böyük dramaturq Cəfər Cabbarlının hər dövr üçün aktual olan "Sevil" pyesini radioteatr janrında hazırlayıblar.
Milli.Az bildirir ki, müasir dövrdə vaxt azlığı üzündən əsər oxumağa çətinlik çəkənlər üçün səsli əsər yaratmaq və unudulmuş janrlardan olan radioteatrı yenidən yaşatmaq gənc tələbələrin uğurlu işi olub.
18 oktyabrda radioteatrın təqdimat mərasimi keçiriləcək. Radioteatrı isə oktyabrın 18-i, 21-i, 25-i və 28-ində saat 20.00-da bdufm.org saytından dinləmək olar.
Milli.Az