SOCAR istiqrazlarını gələn il də satışa çıxaracaq

SOCAR istiqrazlarını gələn il də satışa çıxaracaq
10:58 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

SOCAR bazardakı tələbdən asılı olaraq daha bir istiqraz emissiyası həyata keçirə bilər.

Publika.az-ın məlumatına görə, bunu mətbuat konfransında şirkətin prezidenti Rövnəq Abdullayev deyib.

O qeyd edib ki, bu, baş versə, həmin istiqrazların gəlirliliyi ilk emissiyaya nisbətən aşağı olacaq.

Şirkətin kapital bazarları üzrə məsləhətçisi Əli Ağaoğlu isə deyib ki, növbəti istiqraz emissiyası 2017-ci ildə baş tuta bilər və SOCAR istiqrazlarının daha çox investoru əhatə etməsi üçün növbəti emissiyanın məbləğinin azı 200 mln. dollar olması nəzərdə tutulub.

Onun sözlərinə görə, istiqrazlara olan tələbin ödənilməsi zamanı korporativ müştərilərə üstünlük verilib.

Ə.Ağaoğlu onu da deyib ki, istiqrazlara verilmiş sifarişin məbləğinə görə, Bakıdakı investorlar üstünlük təşkil etsə də, sifarişlərin sayı baxımından regionlar Bakını üstələyib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/172570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR