Sürüşmə sahələri aktivləşdi - evlər təhlükədə

Sürüşmə sahələri aktivləşdi - evlər təhlükədə
10:58 18 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

“Son günlər respublika ərazisində müşahidə olunan yağışlı hava şəraiti sürüşmə sahələrini aktivləşdirib”.

Bu barədə Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, cənub bölgəsində olan sürüşmə və uçqun sahələrində qismən aktivləşmə qeydə alınıb. Prosesin davam etməsi bütün sürüşmə sahələrində aktivliyin qeydə alınacağını istisna etmirik: “Qobustan rayonu Poladlı kəndində mövcud monitorinq sahəsində ötən aya qədər stabillik hökm sürürdü, lakin son günlər yağan yağış sürüşmə sahəsində geniş miqyaslı aktivləşmə qeydə alınıb. Həmin sürüşmə sahəsi kəndin girişindədir və yolu əhatə edir. Sürüşmə kəndə gediş-gəliş yolunda müəyyən çətinliklərə səbəb olub. İsmayıllıda, Qubada, Gədəbəydə Hacılar kəndində sürüşmə sahələrində aktivlik qeydə alınıb. Sürüşmə prosesi yağıntılarla bağlı olduğuna görə prosesin aktivləşməsi qaçılmazdır”.

S.Əmiraslanov sürüşmə sahələrinin aktivləşməsi nəticəsində yaşayış məntəqələrinə ciddi təsir etməyib: “Qobustanda Poladlı sürüşmə sahəsi iki evin yaxınlığından keçir. Hazırda evlər üçün ciddi təhlükə olmasa da, prosesin aktivləşməsi təhlükəli vəziyyət yarana bilər. Xankəndi sürüşmə sahəsi, Basqal-Sulut avtomobil yolunda bir neçə ay əvvəl aktivlik qeydə alınmışdı. Bu gün də proses davam edir. Həmin sürüşmə sahəsi Sərsura kəndi ərazisindədir. Bu zaman orada yerləşən fərdi yaşayış məntəqələri üçün təhlükə istisna edilmir”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR