Ronaldodan 260 minlik “sabahınız xeyir” statusu - FOTO

Ronaldodan 260 minlik “sabahınız xeyir” statusu - FOTO
11:03 18 Oktyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya millisinin və İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasına daha birini əlavə edib.

Publika.az xəbər verir ki, İspaniya çempionatının son turunda “Betis” üzərində 6:1 hesablı qələbədən məmnun qalan portuqaliyalı oyunun ertəsi gün “İnstaqram”da izləyicilərini özünəməxsus şəkildə salamlayıb.

O, yeni “Lamborcini Aventador”la çəkdirdiyi şəkli paylaşaraq, “Sabahınız xeyir” statusu ilə diqqət çəkib. Ronaldonun bu avtomobili 260 min funt sterlinq dəyərindədir.

31 yaşlı hücumçunun 515 at gücünə malik nəqliyyat vasitəsi önündə poza verməsinə özünün uğurlu çıxışı da rəvac verib. “Betis”lə görüşdə sonuncu qolun müəllifi olan Ronaldo yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR