Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR qışa belə hazırlaşır

SOCAR qışa belə hazırlaşır

Date: 18 October 2016 11:04

"Qışda Azərbaycanın qazla təminatında heç bir problem olmayacaq". "APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

 

Azərbaycanda qış rejiminə noyabrın 1-dən keçildiyini xatırladan R. Abdullayev bildirib ki, 15 gün əvvəldən SOCAR idarələrində qışa hazırlıq prosesi müzakirə edilib: "Bir neçə günə qış rejiminə keçməyə hazır olacağıq. Keçən ildən anbarlarda qaz ehtiyatı toplanıb. İntensiv yağışlar zamanı qaza artan tələbat müvəqqəti idi. Havalar qəflətən soyuduğu kimi, istiləşə də bilər. Mən müşahidə etmişəm ki, havalar soyuyan kimi, insanların qaza tələbatı artır və "mavi yanacaq" vasitəsilə evləri qızdırırlar. Amma hava istiləşəndə insanlar mənzilin qızmasına baxmayaraq qaz sobalarını söndürmür, əksinə pəncərəni açırlar".


Tags:  SOCAR qışa belə hazırlaşır



RƏYLƏR


Top news