Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rövnəq Abdullayev: "203 milyonluq sifariş gəlib"

Rövnəq Abdullayev: "203 milyonluq sifariş gəlib"

Date: 18 October 2016 11:05

Bu gün SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı mətbuat konfransı keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, satışlarda ilk üstünlük fiziki şəxslərə, yəni vətəndaşlarımıza verilib və sifarişlərin 90%-dən çoxu Azərbaycan vətəndaşlarına aid olub: "Cəmi 100 milyon ABŞ dolları məbləğində buraxılan SOCAR istiqrazlarına 203 milyon dollardan artıq sifariş gəlib, bu da investorlar tərəfindən istiqrazlara tələbin 2 dəfədən artıq olduğunun göstəricisidir. Artıq alınıb-satılma prosesi başlanacaq. İkinci bazar əməliyyatlarına start verilib. İstiqrazlar 2021-ci ilə kimi dövriyyədə olacaq. Artıq xarici fiziki və hüququ şəxslərə də istiqrazlar satıla bilər. Onun qarşısını ala bilmərik".

Bakı Fond Birjasının sədri Fariz Əzizov bildirib ki, 100 milyon ABŞ  dolları həcmində olan istiqrazların illik 5 faizlə yerləşdirilməsi başa çatıb: "İstiqrazların faiz hesablanması prosesi yenidən başlayıb. Bu hadisə kapital bazarlarının infrastrukturunun milliləşdirilməsi baxımından əhəmiyyətli idi. Sentyabr ayının ortasında SOCAR istiqrazları birjanın listinqinə daxil olub. Bu gündən istiqrazlar üzrə gəlirlər hesablanmağa başlanır. İlkin yerləşdirmə zamanı tələb təklifi iki dəfə üstələyib. Bu onu göstərir ki, bizi təkrar bazarda qızğın proses gözləyir".

SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu bildirib ki, bazarda 100 min dolların üstündə tələb var idi: "100 min dollardan artıq alan fiziki şəxslər olub. Bütün tələbləri qarşılaya bilmədik. Tələblərin 95 faizi fiziki şəxslərdən gəldi. Regionlardan gələn tələb daha yüksək idi".

Rövnəq Abdullayevin sözlərinə görə, ola bilər ki, yenidən istiqrazlar buraxılsın: "Ancaq faizi aşağı olacaq. Əsas məsələ qazanmaq imkanı yaratmaqdır. 200-300 min dollar həcmində olması nəzərdə tutulur. Təxminən yeni ildə buraxılması gözlənilir".

Milli.Az


Tags:  Rövnəq Abdullayev 203 milyonluq sifariş gəlib


RƏYLƏR


Top news