Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

SOCAR hələ manatla istiqraz buraxmaq istəmir

SOCAR hələ manatla istiqraz buraxmaq istəmir

SOCAR istiqrazları yenidən bahalaşıb - QİYMƏT (16 Mart 2017 13:17)
SOCAR İstiqrazı sahiblərinin gündəlik qazancı AÇIQLANDI (13 Mart 2017 11:05)
SOCAR istiqrazları sahiblərinə gündəlik 0,14 dollar qazandırır (13 Mart 2017 10:52)

Tarix: 18 Oktyabr 2016 11:07

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hələ ki, manatla istiqraz buraxmaq istəmir. “Report” xəbər verir ki, bunu SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirib.
Onun sözlərinə görə, hazırda Şirkət yalnız dollarla istiqraz buraxmaq barədə düşünür: “Məqsəd faiz ödəməkdən əlavə əhalinin əlində olan dollar vəsaitlərini iqtisadiyyata cəlb etməkdir. Bunu hazırda dollarlaşma ilə bağlı vəziyyət də tələb edir. Əgər dollarlaşma dayanarsa, manat istiqrazları barədə düşünmək olar”.
A.Ağaoğlu onu da deyib ki, SOCAR hələlik ən yaxşı halda dollara bağlı manat istiqrazları barədə nə isə planlaşdıra bilər: “Söhbət dəyərinin bir hissəsi dollarla, bir hissəsi manatla ödənilən istiqrazdan gedə bilər”.

Teqlər:  SOCAR hələ manatla istiqraz buraxmaq istəmir



RƏYLƏR


Top xəbərlər