Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Oğlumu döydüyünə görə ərimdən küsmüşəm"

Date: 18 October 2016 11:11

Aşıq Zülfiyyə ARB TV-nin "Evgördü" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, ifaçı ailəsindən söz açıb:

"Yoldaşımla cəmi 3 gün küsülü olmuşuq. Hamısı da oğlum Babək üzündən olub. Elə olub ki, o, uşağı döyüb, mən də ondan incimişəm. Mən söz deyəndə də, o, məndən inciyib. O, haqlı da olsa, haqsız da olsa, mən onun tərəfini tuturam. Ata hər zaman haqlıdır.

14 yaşımdan səhnədəyəm, amma hələ də kamera qarşısında sıxılıram".

Aşıq daha sonra mebellərinin qiymətini açıqlayıb:

"10 min dollara almışdıq, 10 ilin mebelləridir. Bahalı mallardır. Evin mebellərinə 20 minə yaxın xərcimiz çıxdı. Cehizim olmayıb. Atamgilin imkanı yox idi, ona görə alınmadı".


Tags:  Oğlumu döydüyünə ərimdən küsmüşəm

RƏYLƏR


Top news