Bakıda küçədə çılpaq qalaraq donmuş kişi tapılıb

Bakıda küçədə çılpaq qalaraq donmuş kişi tapılıb
11:12 18 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakıda naməlum kişini don vurub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, ötən gecə hüquq mühafizə orqanının əməkdaşları Sabunçu rayonu, Bakıxanov qəsəbəsində parkda hələlik adı məlum olmayan təxminən 30 yaşlı kişiyə şəxsə rast gəlib. Məlum olub ki, onun paltarları çıxarılaraq yanındakı selofan paketə yığılıb.
Təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsin don vurduğu məlum olub. O, huşunu itirib. Həkimlərin verdiyi məlumata görə həmin şəxsin vəziyyəti orta-ağırdır.
Hüquq mühafizə orqanın əməkdaşları onun döyüldüyünü ehtimal edir.
Şəxsin kimliyinin müəyyənləşdirilməsi  o cümlədən, hadisənin baş vermə səbəbləri istiqamətində  araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-kucede-cilpaq-qalaraq-donmus-kisi-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR