“SOCAR-ın səhmdar cəmiyyət formasında fəaliyyət göstərən bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq”.
Publika.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib. "Hazırda bu istiqamətdə iş aparılır. Yəqin ki, gəlirlə işləyən müəssisələri seçəcəyik ki, həmin səhmlər vətəndaşlarımız üçün maraqlı olsun”, - deyə o, əlavə edib.
R.Abdullayev bildirib ki, SOCAR-ın özünün ilkin səhm bazarına (İPO) çıxmaq planı yoxdur: "Xarici borc bazarına çıxılması, bond buraxılması da gündəmdə deyil. SOCAR istiqrazlarının buraxılmasında məqsəd xarici investorlara ödədiyimiz faizləri daxili investorlara yönəltməkdir. Xarici bazardan vəsait cəlb etsək, uzunmüddətli cəlb etməliyik, bu cür borclanma bizə uzunmüddətli layihələr üçün lazımdır. Hələ ki, belə bir plan yoxdur”.
İqtisadiyyat şöbəsi