Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfir: "Roma Papasının Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir"

Səfir: "Roma Papasının Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir"

Date: 18 October 2016 11:22

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Roma Papası Fransiskin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Belə ki, bu, ölkəmizin çoxdinli dövlət xarakterini nümayiş etdirir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə adıçəkilən ölkədə dərc edilən "Libero Quotidiano" nəşrinə müsahibəsində deyib.
Səfir 2002-ci ildə onun sələfi II İoann Pavelin də Azərbaycana tarixi səfər etdiyini və səfərin yekununda Azərbaycan hökumətinin Bakıda onlara hazırda ölkədə katolik icmasının mərkəzi sayılan kilsənin tikintisi üçün torpaq sahəsi hədiyyə etdiyini xatırladıb.
"Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycanın uzun illərdir Vatikanla əla münasibətləri var", - deyə M.Əhmədzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixən çoxdinli, multikultural və çoxmillətli ölkədir və burada heç bir vətəndaş dini və ya etnik üstünlüyə malik deyil.

Tags:  Səfir Roma Papasının Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir

RƏYLƏR


Top news