Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir

Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir

Date: 18 October 2016 11:27

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda ailə bağçasının yaradılması təklif edilir.
"Report" xəbər verir ki, bu “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihə barədə danışan komitə sədri İsa Həbibbəyli deyib ki, ailə bağçaları ilə bağlı monitorinq aparıblar: "Hazırkı mərhələdə ailə bağçaları demək olar ki, müraciət olunmayan formalardan birinə çevrilib".
O qeyd edib ki, sanator tipli (bu uşaq baxçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), eləcə də bəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün bağçaların yaradılması nəzərdə tutulub.

Tags:  Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir

RƏYLƏR


Top news