Mosul "cəhhənəm"i davam edir - FOTO

Mosul "cəhhənəm"i davam edir - FOTO
11:27 18 Oktyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

İraq qoşunları Mosulu İŞİD döyüşçülərindən azad etmək üçün ikinci gündür döyüşləri davam etdirir və iraqlı döyüşçülər "cədvəl"i qabaqlayıblar.

Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Piter Kuk belə deyib. Onun sözlərinə görə, bununla belə, sakitləşmək və rahatlaşmaq olmaz: "Görünən budur ki, İŞİD terrorçuları sonadək müqavimət göstərmək niyyətindədirlər. Buna görə də Mosulun azad olunması vaxt ala bilər".

Koalisiya döyüşçüləri bazar ertəsi günü səhər saatlarında döyüşlərə başlayıb.

İŞİD terrorçuları İraqın ikinci ən böyük şəhəri sayılan Mosulu 2014-cü ilin iyun ayında ələ keçirib.

İŞİD lideri Əbubəkir əl Bağdadi xilafətin təməlinin qoyulmasını elan etmək üçün Mosul şəhərini seçib və buna görə də şəhərin geri alınması simvolik məna daşıyır.

P.Kukun sözlərinə görə, ABŞ rəhbərlik etdiyi koalisiya vasitəsilə Mosulun azad olunması əməliyyatında ən aktiv şəkildə iştirak etmək əzmindədir: "Biz nə olsa da əminik, iraqlılar bu işi görmək üçün kifayət qədər imkanlara malikdir və koalisiyanın digər tərkibi ilə birlikdə biz onlara dəstək olmağa hazırıq".

Koalisiyaya daxil olan 30 min iraqlı, kürd "peşmərgə", yerli sünnilər və şiələrin hərbi birləşmələri dünən Mosula hücuma başlayıblar.

Mosulda 4-8 min arası İŞİD terrorçusu var.

Kürdlər əməliyyatın saatlarında bir neçə kəndi ələ keçirib və bazar ertəsi gecəsi elan ediblər ki, 24 saat ərzində 9 kəndi ələ keçirməklə bütün əsas hədəflərinə çatıblar.

Döyüşlər şəhərə daha çox yaxınlaşdıqca orada yaşayan dinc sakinlərin vəziyyəti böyük narahatlıq doğurmağa başlayıb. Bunu Britaniyanın Beynəlxalq İnkişaf Fondunun katibi Priti Patel deyib.

"Mosulun alınması İraqdakı İŞİD döyüşçülərinin geri çəkilməsində vacib bir addım olacaq və onların dinc sakinlər üzərindəki zülmünə son qoyacaq, - o deyib. - Buna baxmayaraq bir milyondan çox insan hələ də bu şəhərdə yaşayır və aydındır ki, onların müdafiəsi və yaxşı vəziyyətdə olmasını təmin etmək böyük narahatlıqdır".

Milli.Az


















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR