Ödənişli uşaq bağçalarında qiymət maksimum nə qədər olmalıdır?

Ödənişli uşaq bağçalarında qiymət maksimum nə qədər olmalıdır?
11:32 18 Oktyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ödənişli uşaq bağçalarında maksimum qiymət həddinin müəyyən olunması təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli çıxış edib.

İ.Həbibbəyli bildirib ki, özəl uşaq bağçalarında ödənişi maksimum 500 manat həddində müəyyən etmək olar: "Müxtəlif ölkələrdə bu müxtəlif cür hesablanır. Bəzi ölkələrdə minimum əmək haqqının misli ilə hesablanır. Azərbaycanda da bu həddi müəyyən etmək məqsədəuyğundur".

O qeyd edib ki, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan "Məktəbə qədər təhsil haqqında" qanuna bu məsələnin salınmasını təklif edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR