Xınalıqda qarın hündürlüyü 65 sm-dir

Xınalıqda qarın hündürlüyü 65 sm-dir
11:41 18 Oktyabr 2016
22 Şou
Ölkə mətbuatı
A- A+

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) oktyabrın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Axşam.az-ın xəbərinə görə, ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.


Düşən yağıntının miqdarına gəlincə, Bakıda və Abşeron yarımadasında: Binədə 90, Montin, Dendroparkda 48 (aylıq normanın 171 faizi), Bakıda 41 (aylıq normanın 146 faizi), Zabratda 34, Bayıl yamacında 31 (aylıq normanın 110 faizi), Pirallahıda 24 (aylıq normanın 101 faizi), Ələtdə 22 (aylıq normanın 85 faizi), Sumqayıtda 12 (aylıq normanın 45 faizi), Qum yataqda 16 (aylıq normanın 57 faizi), Maştağada 7, Çilov adasında 5, Neft Daşlarında 2 mm olub.

Böyük Qafqazda: İsmayıllıda 66 (aylıq normanın 52 faizi), Oğuzda 55 (aylıq normanın 54 faizi), Qəbələdə 53 (aylıq normanın 52 faizi), Kişçayda (Şəki) 47, Şinçay HM-da 42, Şəkidə 43, Sarıbaşda 39, Baş Daşağıl HM-da 35, Kürmükçay-İlisuda (Qaxbaş) 34, Zaqatala, Mərəzədə 27, Qaxda 26, Şamaxıda 22, Altıağacda 18, Balakəndə 17, Quba, Xınalıq, Nabranda 10, Xaçmazda 9, Şirvan, Xaltanda 8, Şabranda 7 mm olub. Yağan leysan yağışlarla əlaqədar Balakənçay, Talaçay, Kürmükçay və Kişçayda sululuq artıb.
Kiçik Qafqazda: Göygöldə 40, Gədəbəydə 30, Daşkəsəndə 27 mm yağıntı qeydə alınıb.

Qazax-Gəncə zonasında: Gəncə Avia-da 45 (aylıq normanın 147 faizi), Gəncədə 25 (aylıq normanın 82 faizi), Şəmkirdə 20 (aylıq normanın 63 faizi), Ağstafada 17, Tovuzda 16, Köçəsgərdə 15, Naftalanda 10, Düz Qışlaqda 9, Ceyrançöldə 7, Dağ Kəsəmən, Ağdamda 5 mm olub.

Mərkəzi-Aran rayonlarında: Göyçayda 50 (aylıq normanın 93 faizi), Mingəçevirdə 42 (aylıq normanın 103 faizi), Ağsuda 32, Kürdəmirdə 29 (aylıq normanın 63 faizi), Yevlaxda 26 (aylıq normanın 69 faizi), Ağcəbədidə 24, Zərdabda 21 (aylıq normanın 54 faizi), Salyanda 16, Bərdədə 15, Tərtər, İmişli, Sabirabad, Cəfərxanda 13, Beyləqanda 11, Qazıməmməddə 5 mm olub.

Lənkəran-Astara zonasında: Göytəpədə 36, Astara, Rvarudda 22, Lerikdə 20, Yardımlı, Lənkəranda 17, Neftçalada 3, Biləsuvarda 0.8, Kəlvəzdə 0.3 mm olub olub.

Qar örtuyünün hündürlüyü İsmayıllıda 15, Qubanın dağlıq ərazilərində: Xınalıqda 65, Qırızda 45, Ləzədə 25, Altıağacda 14, Nohurdüzündə 24, Qonaqkəndə 20, Qırız Qudyalçayda 10, Qusaryasaqda 3 sm təşkil edib.  


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR