Facebook-da saxta iş elanları - Sizi aldadacaqlar - FOTO

Facebook-da saxta iş elanları - Sizi aldadacaqlar - FOTO
11:42 18 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl iş adı ilə vətəndaşları dolandıran dələduzlar barədə qafqazinfo məlumat vermişdi. Milli.Az sözügedən sayta istinadən bildirir ki, onlar müxtəlif tanınmış şirkət və fabriklərin adından işçi axtarıldığı barədə elanlar yerləşdirib sakinlərdən sığorta sənədi üçün 30 manat tələb edirdilər. Xəbər saytımızda yayımlandıqdan sonra DİN-in keçirdiyi əməliyyat nəticəsində cinayətkar dəstə həbs olunmuşdu.

Eyni səpkili elan yenə də feysbukda qarşımıza çıxdı. Natiq Axund adlı istifadəçi paylaşdığı iş elanında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tərkibində olan DELTA MMC-yə 2000 nəfərdən çox işçi tələb olduğunu yazıb:

"Diqqət! Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tərkibində olan DELTA MMC Xırdalanda, Azadlıqda, Qara Qarayevdə və Bayılda yerləşən saxlanma kameralarına, qida məhsulu çeşidlərinin sayı ilə və çəki ilə qablaşdırılması sənayelərinə və topdan satış mərkəzlərinə 19-49 yaş arası fəhlələr tələb olunur.

Əmək haqqı: 700 AZN

Tələb olunan sənədlər: yalnız şəxsiyyət vəsiqəsi( əmək kitabçası və sosial sığorta kartı. Kimdə varsa, gətirəcək, kimdə yoxdursa, adlarına yenisi açılacaq).

Nahar, forma şirkət tərəfindən veriləcək. İş həftəiçi 6 gün, 09.00-dan 17.00-adək. 2000 nəfərdən çox işçi qəbulu olacaq. İşə qəbul çox asanlaşdırılıb ki, işsiz olan hər kəs müraciət edə bilsin. İndi hər kəs Whatsapp işlədir, bunun üçün də işə qəbul olunmaq istəyən şəxslər bizim nömrəmizin Whatsappına özləri haqda CV xarakterli anket melumatlarını yazıb göndərməklə iş üçün müraciət etmiş olacaqlar, göndərlən məlumatlar bizim baş ofisimiz tərəfindən oxunduqdan sonra işə qəbul olunacaqlar. Əlaqə nömrəsi: 0504072651".

Maaş, iş vaxtı və 2000-dən çox işçi axtarışı münasib göründüyü üçün elana maraq kifayət qədər böyükdür.. Elə elanı paylaşan şəxs də səhifəsində xeyli sayda müraciət və mesaj gəldiyini bildirib. Bundan başqa, şəbəkə üzvləri olan profillərdən elana şərh yazaraq müraciət etdiklərini, şirkətin uğurlu olduğunu bildirirlər və bununla marağı artırırlar.

Qeyd olunan nömrəyə dəfələrlə zəng vursaq da, əlaqə saxlamaq mümkün olmadı.

Bu səbəbdən elanda qeyd olunduğu kimi votsap nömrəsinə biz də iş üçün müraciət etdik. Əvvəlcə doldurmağımız üçün CV nümunəsi göndərilsə də, daha sonra hər hansı cavab gəlmədi.

CV nümunəsi:
Ad, soyad, ata adı: ____
Təhsil: ____
Təvəllüd: ____
Ünvan: ____
Ailə vəziyyəti: ____
Kompyuter biliyi: ____
Dil bilikləri: ____
Əvvəlki iş yerləri: ____
İş bacarıqları: ____
İddia etdiyi vəzifə: ____
İddia etdiyi əmək haqqı: ____
Əlaqə nömrə: ____

Elanın paylaşıldığı feysbuk profili isə bu gün səhər saatlarından bağlanıldı.

Verilmiş vakansiyanın nə dərəcədə həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əlaqə saxladıq. Qurumun kadrlar şöbəsindən bildirildi ki, onların tərkiblərində DELTA MMC adlı bir şirkət yoxdur:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tərkibində DELTA MMC yoxdur. Elə bir vakansiya da bizə aid deyil. Məsələni araşdıracağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR