Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulduzların da seçdiyi yeni alış-veriş mərkəzi - "Happy shop"+fotolar

Ulduzların da seçdiyi yeni alış-veriş mərkəzi -  "Happy shop"+fotolar

Date: 18 October 2016 11:46

Bakıda "Happy shop" adlı böyük alış-veriş mərkəzi fəaliyyətə başlayıb.

Təmtəraqlı açılış mərasiminə sənət aləminin tanınmış simaları qatılıb. Onlar arasında xalq artisti Aygün Kazımova, əməkdar artistlər Vəfa Zeynalova, Sevda Ələkbərzadə, müğənnilər Günay İbrahimli, Emil Bədəlov, Hacı Nazim Məmmədov, aparıcılar Kamilə Babayeva, Ranar Musayev, stilist Elnur Həsənov və başqaları yer alıb. Aparıcılığını Nəsib Nurun etdiyi tədbirdə dəbdəbəli geyimlərdən ibarət dəfilə də nümayiş olunub.

"Happy shop" mağazası hər kəsin zövqünü nəzərə alaraq, kişi və qadın geyimlərinin ən müasir modellərini satışa çıxarır. Burada balacalar da unudulmayıb. Belə ki, mağazada zövqlü və dəbli uşaq geyimləri də tapa bilərsiniz.

Dünyanı fəth edən ziyafət libasları, üst geyimləri, ayaqqabı və çanta modellərini məhz "Happy shop"da əldə edə biləcəksiniz.

Türkiyə və Avropa brendlərini özündə toplayan alış-veriş mərkəzi ailəvi şoppinqin əsl ünvanıdır. Burada geyimlər həm də münasib qiymətədir. Belə ki, bəyəndiyiniz paltarı topdansatış qiymətinə, amma pərakəndə şəkildə ala bilərsiniz. Bu şoppinq mərkəzinin gözəl xüsusiyyətlərindən biri odur ki, bütöv bir ailə - ata, ana, nənə, baba və uşaq buradan gözəl geyim seçimləri əldə edə biləcək.

"Happy shop" öz zövqlü libasları ilə tanınmışları da heyran qoyub. Məkanın təmtəraqlı açılış mərasiminə qatılan məşhurlar mərkəzdən alış-veriş də ediblər.

"Happy shop" mağazası Binə Ticarət Mərkəzində yerləşir.

Tel.: (012) 446 90 46

Mob.: (050) 999 90 46

www.thehappyshop.az

İnstaqram: thehappyshop.az

Facebook: The Happy Shop


































Tags:  Ulduzların seçdiyi yeni alış-veriş mərkəzi Happy shopfotolar

RƏYLƏR


Top news